Accessibility links

Pakistanın xarici işlər naziri ABŞ rəsmiləri ilə müzakirələrin faydalı olduğunu bildirib


Pakistanın yüksək rütbəli diplomatı çərşənbə günü Tramp administrasiyasının yüksək vəzifəli rəsmiləri ilə müzakirələrin faydalı olduğunu və ikitərəfli münasibətlərdə yaşanan gərginliyin azalmasına kömək etdiyini bildirib.

Pakistanın xarici işlər naziri Şah Mehmud Qureşi dövlət katibi Mayk Pompeo və milli təhlükəsizlik üzrə məsləhətçi Con Boltonla müzakirələrdə Əfqanıstanda gedən müharibənin başlıca mövzu olduğunu bildirib.

Pompeo uzun zaman davam edən müharibəyə son qoymaq üçün Talibanın müzakirələrdə iştirak etməsi üçün təzyiq göstərib və Pakistanı prosesdə dəstəkləyici rol oynamağa çağırıb.

Pakistanlı diplomat Pakistanda sülhün əldə olunmasının Əfqanıstanda sabitliklə birbaşa əlaqəsi olduğundan, Əfqanıstanda sülh prosesinə nail olmaq üçün öz nüfuzundan istifadə edərək Talibana tam təsir göstərməyə çalışacağını deyib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG