Accessibility links

Pompeonun Respublikaçıların Milli Qurultayında müraciəti araşdırma tələbini qaldırıb


ABŞ dövlət katibi Mayk Pompeonun Respublikaçıların Milli Qurultayında Qüdsdən əvvəlcədən lentə alınmış müraciəti təqdim edilib.

Müraciətində o, ABŞ səfirliyini Tel-Əvivdən Qüdsə köçürən Tramp administrasiyasının xarici siyasətini, onun Şimali Koreya lideri Kim Jonq Unla dialoqunu, İslam Dövlətinin məhvini və Çinin “yırtıcı aqressiyasına” qarşı müqavimətini yüksək dəyərləndirib.

Vəzifədə olan dövlət katibinin hər hansısa partiyanın qurultayında çıxış etməsi qeyri-adi və presedentsiz bir haldır

Pompeonun müraciətinin nümayişindən öncə konqresmen Hoakin Kastro da daxil edilməklə, demokratların diqqətini cəlb edib. Kastro bu müraciətlə bağlı araşdırılma aparılmasına çağırıb.

Nümayəndələr Palatasının Nəzarət və Təhqiqat alt komitəsinə rəhbərlik edən Kastro dövlət katibinin müavini Stiven Biqana məktub ünvanlayaraq, suallarının cavablandırılmasını və sentyabrın 1-dək brifinq keçirilməsini tələb edib.

“Vəzifədə olan dövlət katibinin hər hansısa partiyanın qurultayında çıxış etməsi qeyri-adi və presedentsiz bir haldır. Bu, qeyri-qanuni də ola bilər” - deyə, Kastro bildirib.

Kastro deyib ki, Dövlət Departameninin bu müraciəti təşkil etmək üçün hansı resurslardan istifadə etdiyini, departament işçilərinin buna cəlb edilib-edilmədiyini və Pompeonun İsrailə səfərini Tramp administrasiyasının, Respublikaçılar Partiyasının və ya başqa bir tərəfsiz təşkilatın ödəyib-ödəmədiyini bilmək istəyir.

“Dövlət katibi amerikalıların vergi ödənişlərinə əsaslanan rəsmi səfərdə olarkən müraciətin əvvəlcədən lentə alınması və qurultayda nümayiş etdirilməsi çox ehtimal ki, işgüzar səfər çərçivəsinə salınacaq” - deyə, Kastro yazıb.

Müraciət nümayiş etdirilərkən Pompeo Bəhreyndə olub.

Pompeonu müşayiət edən Dövlət Departamentinin nümayəndəsi müxbirlərin birinə deyib ki, Pompeo Dövlət Departamentinin təmsilçisi kimi deyil, öz şəxsi adından danışıb və onun çıxışına heç bir resurs sərf edilməyib.

Ötən ay dövlət katibi Dövlət Departamentinin əməkdaşlarına göndərdiyi teleqramda işçilərin siyasi fəaliyyətlərdə iştirakına dair qadağaları diqqətə çatdırmışdı.

“2020-ci il prezident seçkilərinin yaxınlaşdığı bir vaxt bütün işçilərin nəzərinə Dövlət Departamenti daxilində tətbiq edilən siyasi fəaliyyətlərdə iştiraklarla bağlı məhhdudiyyətlərin nəzərdən keçirilməsi və qaydalara riayət edilməsini çatdırmaq istəyirəm. Dövlət katibinin müavini Biqan 18 fevral 2020-ci il tarixli elektron məktubunda ABŞ-ın demokratik proseslərində departamentin qlobal məsuliyyətlərindən söz açıb. Departament əməkdaşlarının departamenti heç bir siyasi prosesə cəlb etməməsi və öz siyasi fəaliyyətlərində departamentin Hetç Qanununa sadiq qalması çox mühümdür” - deyə, teleqramda bildirilib.

Teleqramda səsvermə seçimi, siyasi kampaniyalara dəstək və siyasətlə bağlı fikir söyləmək kimi qəbuledilən metodlardan da bəhs edilib.

Qadağalara namizədlər üçün maddi yardım toplamaq, öz vəzifələrindən partiyalar daxilində istifadə etmək və ya partiyaların siyasi fəaliyyətlərinə qatılmaq kimi məqamlar daxildir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG