Accessibility links

Pompeo İtaliyanın baş nazir müavini Matteo Salvini ilə görüşüb


ABŞ dövlət katibi Mayk Pompeo iyunun 17-də İtaliyanın baş nazir müavini Matteo Salvini ilə görüşüb.

Günün ikinci yarısında Salvininin vitse-prezident Mayk Penslə görüşü planlaşdırılıb.

Ötən il ABŞ prezidenti Donald Tramp İtaliyanın baş naziri Cozeppe Konte ilə Ağ Ev görüşü zamanı İtaliyanın muqrant probleminə kəskin mövqeyini yüksək qiymətləndirmişdi.

Trampın Salvinini qəbul edəcəyi gözlənilmir.

İtanliya hökuməti ölkəyə miqrant axınının qarşısını almağa çalışır. Buna görə də humanitar yardımların çatdırılmaması məqsədi iilə liman şəhərləri bağlanıb.

Rəsmi Roma Avropa İttifaqı ölkələrini mühacirləri qəbul etməməkdə günahlandırır. Baxmayaraq ki, bəzi ölkələr öz qapılarını miqrantlara açıb.

XS
SM
MD
LG