Accessibility links

ABŞ dövlət katibi Səudiyyə Ərəbistanındadır


Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo bazar ertəsi Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla görüşərək, liman şəhəri Hodeidada atəşkəs də daxil edilməklə, Yəməndəki münaqişənən həlli yollarının axtarılmasının davam etdiriləcəyi barədə razılığa gəlib.

Səudiyyə Ərəbistanı 2015-ci ildən bəri Yəmən hökumətinə paytaxtın və digər bölgələrin nəzarətini əlinə alan husi isyancıları ilə mübarizə aparan hava hücumları və digər hərbi əməliyyatların həyata keçirən koalisiya qüvvələrinə rəhbərlik edir.

Birləşmiş Ştatlar havada yanacaqdoldurma və texnika da daxil edilməklə, Səudiyyə Ərəbistanına başçılıq etdiyi əməliyyatlarda dəstək verirdi.

Dekabr ayında Senat səsvermə yolu ilə Səudiyyə Ərəbistanına dəstəyi dayandırmaq qərarı verdi. Qanunvericilər eləcə də oktyabr ayında Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlə yetirilən Camal Xaşuqcinin ölümündə Səudiyyə vəliəhdini günahlandırdı. Səudiyyə Ərəbistanının əvvəlcə Xaşuqcinin konsulluğu sağ-salamat tərk etdiyini desə də, sonradan Səudiyyə rəsmiləri jurnalistin konsulluqda “hiyləgər əməliyyat” nəticəsində öldürüldüyünü bəyan etdi.

Dövlət Departamentinin bildirdiyinə görə, bu məsələ Pompeo ilə Səudiyyə Ərəbisatanının xarici işlər naziri Əbdel Əl-Cübeyrlə müzakirələrin bir hissəsi olacaq.

XS
SM
MD
LG