Accessibility links

Pompeo Trampla Putin arasındakı danışığın detallarını açıqlamayıb [Video]


Pompeo Trampla Putin arasındakı danışığın detallarını açıqlamayıb
please wait

No media source currently available

0:00 0:02:10 0:00

Pompeo Trampla Putin arasındakı danışığın detallarını açıqlamayıb

Çərşənbə günü Kapitoli binasında Respublikaçılar partiyasından olan Senatın Xarici Əlaqələr üzrə Komitəsinin sədri Bob Korker ilə başlayan 3 saatlıq dinləmələr ABŞ dövlət katibi Mayk Pompeo üçün gərgin keçib.

"Siz Ağ Ev və onun apardığı xarici siyasətlə bağlı ciddi şüphələri olan bir qrup senator qarşısına çıxarılmısınız. Narahat olunmalı xeyli sayda məsələlər var. Bunların arasında administirasiyanın kifayət qədər informasiya ilə təmin etməməsi də var.'' - deyə, senator Bob Korker bildirib.

Korker əlavə edib ki, prezident Tramp keçən həftə Helsinkidə baş tutan zirvə görüşündə Putinə qarşı ''itaətkar və həssas'' davranıb.

Komitənin Demokrat üzvü Senator Bob Menendez tərəfindən Mayk Pompeoya Trampın Putinlə nələri müzakirə etdiyinə dair verdiyi suallar dinləməni daha da gərginləşdirib.

''Sizə olan hörmətimə baxmayaraq hesab edirəm ki, sualımı bu cür xarakterizə etmənizi bəyənmirəm. Mənim sualım həqiqəti əldə etmək üçündür. Çünki, biz həqiqətin nə olduğunu bilmirik və həqiqəti ortaya çıxarmağın ancaq bir yolu var. O da prezidentlərin təkbətək 2 saat ərzində nə danışdıqlarını bilməkdir. Əgər prezident sənə bu haqda nəsə deyibsə bizi də məlumatlandır.'' - deyə, senator Bob Menendez bildirib.

Pompeo prezidentin digər dünya liderləri ilə şəxsi söhbətlər etmək haqqına sahib olduğunu bildirib və Trampın niyə Rusiyanın 2016 seçkilərinə müdaxiləsini ''fırıldaq'' adlandırması ilə bağlı suallardan yayınmağa çalışıb.

"Son olaraq bilməyinizi istəyirəm ki, prezident Tramp Rusiyanın 2016 seçkilərinə müdaxilə etdiyinə dair kəşfiyyat orqanlarının gəldiyi nəticəni qəbul edir. O, baş verənləri tam və düzgün şəkildə başa düşür. Mən bir il əvvəl ona bu bərədə məlumat vermişəm. Şəxsən bu mənim üçün təmamilə aydındır.'' - deyə, Mayk Pompeo qeyd edib.

Pompeo dövlət katibi olmazdan əvvəl Mərkəzi Kəşfiyyat Agentliyinin rəhbəri idi. Korker bildirib ki, bu Trampın Rusiya istiqamətli siyasəti ilə bağlı baş tutacaq dinləmələr seriyasının ilkidir və belə görünür ki, Pompeonu Kapoitoli binasında daha çətin günlər gözlə bilər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG