Accessibility links

Pompeo: Şimali Koreya rəsmiləri ilə görüşlərdə irəliləyişlər əldə edilib


ABŞ dövlət katibi Mayk Pompeo şənbə günü Şimali Koreya səfərini tamamladı. Dövlət katibi müzakirələrin məhsuldar keçdiyini və demək olar ki, bütün mühüm məsələlərdə irəliləyişin olduğunu bildirib.

Birləşmiş Ştatların baş diplomatı deyib ki, danışıqların böyük hissəsi Şimali Koreyanın nüvəsizləşdirilməsi vaxtına və ölkənin kütləvi qırğın silahlarının sayının müəyyən edilməsinə sərf edilib. Pompeo görüşləri haqqında ətraflı danımasa da, görüşlər zamanı hər bir sahədə irəliləyişin olduğunu qeyd edib.

Hal-hazırda Tokioda olan dövlət katibi bildirib ki, 12 iyul tarixinə təyin edilmiş görüşə müzakirələrin uzandığı halda bir və ya iki gün əlavə edilə bilər.

Pompeo səfəri zamanı Şimali Koreya lideri Kim Conq Un ilə görüşməyib. Bu barədə məlumat verən Dövlət Departamenti sözçüsü Nezer Nauert deyib ki, Kim ilə görüş gözləntisi olmayıb.

ABŞ Dövlət Katibi şənbə günü telefon vasitəsilə prezident Donald Tramp ilə danışdıqdan sonra Şimali Koreyanın hakim partiyasının yüksək vəzifəli rəsmisi və sabiq kəşfiyyat başçısı Kim Yonq Çol ilə görüşüb.

Bu, Pompeonun cari ildə Şimali Koreyaya üçüncü və prezident Tramp ilə Kim Conq Un arasında keçirilən zirvə toplantısından sonra ilk səfəri idi.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG