Accessibility links

ABŞ dövlət katibi Ukraynadadır


Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo cümə günü prezident Donald Trampın impiçment məhkəməsinin ittihamlarını rədd edib və Tramp administrasiyasının Ukraynaya dəstəyini əsirgəməyəcəyinə söz verib.

Pompeo Ukrayna prezidenti Vladimyir Zelenski ilə görüşüb. O, Ukraynaya həyati əhəmiyyətli hərbi yardımın verilməsi və Zelenskinin Ağ Evi ziyarət etməsi üçün onun sabiq vitse-prezident Co Baydenin ailəsi ilə bağlı araşdırma aparmasına şərt qoyulduğuna dair iddiaları rədd edib.

“Bu, qətiyyən belə deyil. Biz ziyarət üçün uyğun vaxt və uyğun imkanlar tapacağıq” - deyə, Pompeo Zelenski ilə görüşündən sontra keçirilən mətbuat konfransında bildirib.

Pompeo keçən ildən bəri başlayan impiçment prosesindən bəri Birləşmiş Ştatların Ukraynaya səfər edən ən yüksək səviyyəli rəsmisidir. Bu proses keçən ilin iyul ayının 25-də Zelenski və Tramp arasındakı telefon danışığına dair açıqlamalardan sonra başlayıb.

Zelenski maliyyə və hərbi dəstəyinə görə Tramp administrasiyasına təşəkkür edərək, impiçmentin ABŞ-Ukrayna münasibətlərinə mənfi təsir göstərmədiyini deyib.

Pompeonun Kiyev görüşləri respublikaçıların çoxluq təşkil etdiyi Senatda Trampın Ukrayna məsələsinə aydınlıq gətirə biləcək şahidlərin dinlənilməməsi ilə bağlı səs verməyə hazırlaşdığı vaxta təsadüf edir. Səsvermənin uğursuz olacağı gözlənilir, belə ki, respublikaçılar yeni ifadə verilməsinə qarşı səs verəcəyini bəyan edib. Buna görə də Senatın bir neçə gün sonra qalib gələcəyinə dair ehtimallar artır.

Birləşmiş Ştatların yüksək səviyyəli rəsmisi Pompeo və Zelenski əsasən investisiya və infrastruktur məsələlərini müzakirə etdiklərini, impiçment və ya korrupsiya araşdırmaları mövzusuna toxunmadıqlarını bildirib.

Görüşdən sonra keçirilən mətbuat konfransında Pompeo Zelenskini Vaşinqtonun sarsılmaz dəstəyinə inandırdı. "Birləşmiş Ştatlar Ukraynanın vacib bir ölkə olduğunu başa düşür. Bu, yalnız Avropanın coğrafi ürəyi deyil, bu, Şərqi Avropanın azadlıq və avtoritarizm arasındakı bir ölkədir. Bunun tarlaları Avropa qitəsini qidalandırır, boru kəmərləri isə qışda Avropanı qızdırır" - deyə, Pompeo bildirib.

Zelenski isə öz növbəsində son beş ildə 14 mindən çox insanın ölümünə səbəb olan Ukraynanın şərqindəki separatçı münaqişənin həllində ABŞ-ın daha fəal iştirak etməsini istədiyini dilə gətirib. Zelenski məhsuldar olacağı müddətdə, hələ də Trampla Vaşinqtonda görüşməyə hazır olduğunu deyib. "Mən sabah belə getməyə hazıram" - deyə, o bildirib.

XS
SM
MD
LG