Accessibility links

Roma Papası silah satışlarına ciddi nəzarət edilməsinə çağırıb


Papa Fransis çərşənbə günü bildirib ki, Texas məktəbində azı 19 uşağın və 2 müəllimin ölümü ilə nəticələnən hücum onun "ürəyini ağrıdıb". Roma Papası silahlara daha çox nəzarət edilməsinə çağırıb.

ABŞ-da baş verən son on ilin ən ağır hücumdan bir gün sonra, Papanın həftəlik ümumi çıxışı üçün Müqəddəs Pyotr Meydanında toplaşanlar onun müraciətini alqışlayıb.

"Texas ştatında ibtidai məktəbdə törədilən qətliamdan ürəyim ağrıdı. Öldürülən uşaqlar, böyüklər və onların ailələri üçün dua edirəm", - Fransis Texasın Uvalde şəhərində baş verən silahlı hücumla ilə bağlı deyib.

"Silahların fərq qoymadan alqı-satqısına "bəsdir" deməyin vaxtıdır. Gəlin hamımız bir öhdəliyi götürək ki, bu cür faciələr bir daha təkrarlanmasın", o deyib.

Hücumdan bir neçə saat sonra nəzərəçarpacaq şəkildə sarsılmış prezident Co Bayden amerikalıları sərt odlu silah təhlükəsizliyi qanunlarının qəbuluna mane olmaqda günahlandırdığı siyasi cəhətdən güclü silah lobbisinə qarşı durmağa çağırıb.

Fransis tez-tez silah sənayesi ilə bağlı danışıb. 2015-ci ildə o, silah istehsal edən və ya silah sənayesinə sərmayə qoyan insanların özlərini xristian adlandırdıqları üçün onları ikiüzlü olduqlarını deyib.

Texasdakı hücum Uvalde şəhərində baş verib. Rəsmilərin dediyinə görə, 18 yaşlı silahlı şəxs ilk öncə nənəsini güllələyib, daha sonra sürdüyü maşını məktəb yaxınlığında divara çırpıb, daha sonra məktəbə daxil olaraq oradakı insanları güllələyib. Silahlı şəxs daha sonra hüquq-mühafizə orqanları tərəfindən öldürülüb.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ordusu Qəzza tərəfədən sərhəd qapısını nəzarətə alıb
please wait

No media source currently available

0:00 0:12:37 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG