Papa Fransiz sentyabr ayında Qazaxıstana səfər edərək, orada mütəmadi olaraq Mərkəzi Asiya ölkələrinin rəhbərləri tərəfindən təşkil olunan tədbirdə iştirak edəcək. Tədbirdə həmçinin Rusiya Patriarxı Kirill də iştirak edəcək.
Vatikan avqustun 1-də deyib ki, papa Dünya və Ənənəvi Dinlərin Liderlərinin VII Qurultayında iştirak etmək üçün sentyabrın 13-15-də Qazaxıstanın paytaxtı Nur-Sultanda səfərdə olacaq. Qazaxıstanın Prezidenti Qasim-Jomart Tokayevin ofisi də papanın ziyarət edəcəyini elan edib.
Vatikanın açıqlmasında Kirillin adı çəkilməyib, ancaq Fransiz daha öncə bir neçə dəfə tədbirdə Rusiya patriarxını görməyə ümid etdiyini deyib.
Rusiyanın fevralın 24-də Ukraynaya səbəbsiz müdaxiləsi başlayandan bəri Kirill Rusiya hakimiyyətinin siyasəti ilə həmrəy olaraq sir sıra bəyanatlar verib və bu səbəblə də Papa Fransis Patriarxa Prezident Vladimir “Putinin ministrant”ı olmaması barədə xəbərdarlıq edib.
Martın 1-də 150-dən çox rus pravoslav din xadimi açıq məktubda müharibəyə son qoyulmasına çağırıb. Kirill məktubu imzalayanlar arasında olmayıb.