Accessibility links

"Obama dövrünün siyasətçilərinin Ukraynada yanlış insanları dəstəklədikləri getdikcə daha da aydınlaşır. Prezident Petro Poroşenkonun hakimiyyətini gücləndirmək üçün atdığı addımlardan ən sonuncusu Ukraynanın Qərb müttəfiqlərinin təzyiqi ilə yaradılan anti-korrupsiya agentliyini sıxışdırmaq daxildir", deyə dekabrın 5-də Leonid Berşidskinin Bloomber xəbər agentliyinin saytında dərc etdiyi məqaləsində bildirilir.

Onun ən böyük rəqibi Gürcüstanın sabiq prezidenti və keçmiş Odessa qubernatoru Mixeil Saakaşviliyə qarşı gördüyü sərt tədbirlər Poroşenkonun da Yanukoviç qədər qəddar ola biləcəyini göstərir.
Leonid Berşidski

Qısa müddət Ukraynanın xarici işlər naziri olan Poroşenko hakimiyyətdən devrilmiş sələfi Viktor Yanukoviçdən fərqli olaraq daha dünyəvi görünürdü və ingiliscə daha yaxşı danışırdı. O və baş naziri Arseni Yatsenyuk ABŞ dövlət departamenti və Obama administrasiyasının Ukrayna məsələləri ilə məşğul olan üzvü vitse-prezident Co Baydenin nə eşitmək istədiklərini yaxşı bilirdi. Buna görə də, Ukryana 2014-cü ilin yanvar və fevral aylarında baş verən inqilab xaosundan çıxandan sonra ABŞ və Avropa İttifaqə Ukryananin növbəti liderləri olaraq Poroşenko və Yatsenyuku dəsətklədi. Arxasında ABŞ və Aİ-nin dəstəyi habelə böyük texniki yardım vədləri və Beynəlxalq Valyuta Fondunun verdiyi kredit sahəsində onlar seçkidə qalib gəldi və özlərini Ukraynanı Avropaya doğru aparacaq qərbçilər kimi göstərdi. Amma onların gündəmi daha çox özlərinə xidmət göstərdi.

Berşidski deyir ki, Ukraynanın Qərbin puluna çox böyük ehtiyacı olduğu üçün, Poroşenko və onun siyasi müttəfiqləri yardımın şərtlərinə əməl etdi. Məsələn, parlament rüşəvət hallarını araşdıran müstəqil Milli Anti-Korrupsiya Bürosunun (MAKB) yaranmasına və xüsusi anti-korrupsiya prokurorun təyinatına dair qərar verdi.

Lakin təşkilat və prokuror çox sayda halları araşdırır, səs-küy yaratsa da, ittihamlar irəli sürməkdə çətinlik çəkirdi, çünki islahatlar olunmayan məhkəmə sistemi bu ittihamları rədd edirdi. Buna cavab olaraq isə, Ukraynanın avropalı və amerikalı müttəfiqləri xüsusi anti-korrupsiya məhkəməsinin yaradılmasını tələb etdi.

Lakin Berşidskinin dediyinə görə, Poroşenko çox az sayda ölkədə belə bir müəssisənin olduğunu vurğulayaraq bu fikrə çox isti yanaşmadı. Qərbin və bir qrup gənc Qərb-yönümlü qanunvericilərin davamlı tələblərinə baxmayaraq, Poroşenko hələ də məhkəmə ilə bağlı parlamentə təklif irəli sürməyib, baxmayaraq ki, Avropa İttifaqı qanun layihələrini təhlil edən Venesiya Komissiyası qanun layihəsinin detalları ilə bağlı təkliflər irəli sürüb.

Petro Poroşenko və Yens Stoltenberq
Petro Poroşenko və Yens Stoltenberq

Eyni zamanda Poroşenkonun yaxın müttəfiqi baş prokuror Yuri Lutsenko MAKB-a qarşı açıq müharibə elan etdi. Agentliyin bir işçisi ötən həftə miqrasiya xisməti rəmsisinə rüşvət verməyə çalışırkən həbs edilib, büronun ofisində isə axtarış aparılıb. MAKB-ın sədri Artyom Sitnik buna cavab olaraq, həmin rüşvətin Lutsenkonun xəbərdar olmadığı gizli əməliyyatın bir hissəsi olduğunu iddia edib. Lutsenko isə buna məhəl qoymayaraq, Sitnik və onun bürosuna qarşı hücum etməyə davam edib və onları qeyri-qanuni fəaliyyət və ABŞ-ın Federal Təhqiqat Bürosu ilə icazəsiz əməkdaşlıq etməkdə ittiham edib.

Poroşenko rəsmi olaraq Lukaşenkonun tərəfini tutmasa da, bu mübahisəni pisləyərək deyib: “O qədər səs-küy var, havada o qədər lələk uçur ki, Latın Amerikasında keçirilən hər hansı karnavalı xatırladır. Bu hal həm çox məyusedici həm də gülməlidir.”

Lakin məqalədə bildirildiyinə görə, ABŞ bu mübahisədə açıq şəkildə MAKB-in tərəfini tutur. Bazar ertəsi Dövlət Departamenti yüksək səviyyəli korrupsiya istintaqının ənəgllənməsini, Milli Anti-Korrupsiya Bürosunun rəsmisinin həbsini və büronun məxfi sənədlərinin zəbtini pisləyən bəyanat yayıb. Bəyanatda dövlət katibi Reks Tillersonun “Ukraynanın Donbasda bədəni uğrunda mübarizə aparmağının heç bir mənası yoxdur, çünki onlar qəlbini korrupsiayay itirir. Anti-korrupsiya müəssisələri dəstəklənməli, maaliyyələşdirilməli və qorunmalıdır,” deyə bildirdiyi qeyd edilib.

Belə görünür prezident Poroşenkonun korrupsiyaya qarşı mübarizəyə olan dəstəyi, iqtisadi inkişaf ambisiyaları artıq yoxdur.
Anders Aslund

Ancaq, Berşidski deyir ki, belə görünür, Poroşenkonun başqa planları var.

Onun bildirdiyinə görə, bu il Ukrayna Beynəlxalq Valyuta Fonduna aldığından 270 milyon dollar daha çox pul geri verib. Hökümətin maddi durumu iqtisadi inkişaf nəticəsində sabitləşib. Bloomberg-in hesablamalarına görə, bu il ölkədəki iqtisadi inkişaf 2 faiz ola bilər. Eyni zamanda Qərbin Ukraynanın şərqindəki münaqişə ilə bağlı mövqeyi kəskinləşib. ABŞ-ın Ukraynanı ölümcül silahlarla təmin etmək şansı çox yüksəkdir. Məqalə müəllifi deyir ki, Poroşenko Rusiya əleyhinə mövqe sərgilədiyi müddətdə Qərbin siyasi dəstəyini itirməyəcəyini bilir və artıq maddi dəstəyə ehtiyacı yoxdur. Qərb liderləri Ukraynanı Rusiyaya qarşı dayaq olaraq gördüyü müddətdə o, ölkə daxilində güc, pul və zorakılıq arasında heç bir fərq qoymayan əvvəlki Ukrayna liderləri kimi davrana bilər.

"Onun ən böyük rəqibi Gürcüstanın sabiq prezidenti və keçmiş Odessa qubernatoru Mixeil Saakaşviliyə qarşı gördüyü sərt tədbirlər Poroşenkonun da Yanukoviç qədər qəddar ola biləcəyini göstərir. Saakaşvilini saxta iddialar altında vətəndaşlıq almağa çalışmaq ittihamı ilə ölkədən çıxarmaq cəhdi alınmayandan sonra, Poroşenkonun qanun-mühafizə orqanları Saakaşvilinin siyasi müttəfiqlərini təqib və deportasiya edib," Berşidski bildirir.

Çərşənbə axşamı müstəntiqlər Saakaşvilinni Kiyevdəki mənzilində axtarış aparmağa gəlib. Keçmiş qubernator isə səkkiz mərtəbəl binanın damına çıxaraq, ondan əl çəkməsələr özünü atacağını deyib. Daha sonra onu bir neçə saat boyunca bina yaxınlığında polis maşınında saxlayıblar, yüzlərlə etirazçı isə maşının hərəkət etməsinin qarşısını alıb.

İndi artıq inqilabdan sonra hakimiyyətə gələn Ukrayna hökümətinin ən böyük Qərb tərəfdarları belə Poroşenko ilə bağlı bəzi problemlərin olduğunu dərk edir. “Belə görünür prezident Poroşenkonun korrupsiyaya qarşı mübarizəyə olan dəstəyi, iqtisadi inkişaf ambisiyaları artıq yoxdur,” deyə iqtisadçı Anders Aslund bildirib.

Amma Berşidskinin dediyinə görə, Qərbin dəstəyi olmadan Poroşenko buralara qədər gəlib çıxmazdı, Ukraynanın rüşvətxor, tənəzzülə uğrayan siyasi sistemini müdafiə etməzdi. Onun sözlərinə görə, heç bir səmimi dostçasına olunmuş təzyiq onun dəyişməsinə gətirib çıxarmayacaq. "Əgər Ukraynalılar etinasızlıqlarını bir kənara qoyub ona da, Yanukoviçə etdiklərini etsələr ya da 2019-cu ildə səsvermədə düzgün seçi etsələr, bu səhv bir daha təkrarlanmaz. Ukraynada gənc, daha nizamlı və əsl Avropa-yönümlü siyasətçilər tapmaq asan olmasa da, belə insanlar var," o deyir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG