Accessibility links

Poroşenko Rusiyanı Nadya Savçenkonu azad etməyə çağırıb


Ukrayna prezidenti Petro Poroşenko Rusiyanın iki rus jurnalisti qətlə yetirməkdə ittiham edilən Ukrayna hərbçisi Nadya Savçenkonu azad etməyə çağırıb.

Poroşenko sosial mediada paylaşdığı videoda keçən həftədən qidadan imtina edən Savçenkonun məhkəməsini şou adlandırıb.

Savçenkonun məhkəməsi çərşənbə axşamı günü Rostov şəhərində keçirilib. Hakim qərarın martın 21-22-i veriləcəyini bildirib.

Prokurorlar Savçenkoya 23 illik həbs cəzası verilməsini istəyib.

Kiyevdə Savçenkonu müdafiə yürüşü
Kiyevdə Savçenkonu müdafiə yürüşü

Ukrayna Savçenkonun Rusiya tərəfindən oğurlandığını və onun hərbi əsir kimi mühakimə olunmalı olduğunu bildirir.

Bazar günü Kiyevdə 2 mindən çox ukraynalı Nadya Savçenkonun müdafiəsi yürüşü keçirib.

ABŞ-ın vitse-prezidenti Co Bayden Nadya Savçenkonu işi ilə bağlı verdiyi bəyanatda Rusiyanı onu dərhal azad etməyə çağırıb.

Savçenkonun özü də məhkəmədə çıxışında prosesi şou adlandırıb və dediklərinin təsdiqi işarəsi kimi orta barmağını göstərib.

Nadya Savçenko 2014-cü ilin iyun ayında Ukraynanın Luqansk şəhərində Rusiya televiziyasının iki jurnalistinin ölümülə nəticələnən minomyot hücumunu koordinasiya etməkdə ittiham edilir.

XS
SM
MD
LG