Ədliyyə Nazirliyinin yüksək səviyyəli rəsmisinin Associated Press agentliyinə bildirdiyinə görə, keçən həftə Oreqon ştatının Portland şəhərində Donald Tramp tərəfdarları şəhərin mərkəzində yürüş keçirərkən sağçı qruplaşmanı dəstəkləyənlərdən birini qətlə yetirməkdə şübhəli bilinən şəxs cümə axşamı polis onu həbs etməyə çalışarkən öldürülüb.
Rəsmi 48 yaşlı Maykl Reynoelin operativ federal qrupun Vaşinqton ştatının Laeysi şəhərində onu ələ keçirməyə çalışarkən öldürüldüyünü deyib. Rəsmi eləcə də şənbə gecəsi sinəsindən güllələnən 39 yaşlı Aaron "Cey" Daniyelsonun qətlində Reynolun əsas şübhəli olduğunu bildirib.
Həbs olunmasına dair sərəncam verildikdən sonra Federal Təhqiqat Bürosu və ABŞ-ın Marçals idarəsinin federal agentləri cümə axşamı Reynolun yerini müəyyən edib. Rəsminin sözlərinə görə, Reynol operativ qrupun üzvlərindən biri tərəfindən vurulub.
Adının gizli saxlanmasını istəyən rəsmi Reynolun operativ qrupun üzvləri ilə qarşılaşdığı zaman silah çəkdiyini və hüquq-mühafizə orqanları tərəfindən vurulduğunu deyib.
Sosial media paylaşmalarında özünü "100% ANTIFA" olaraq xarakterizə edən Reynol əks-nümayişçilərin taktikasını müharibəyə bərabər adlandırıb.