Accessibility links

Portland və digər şəhərlərdən federal qüvvələrin çıxarılması tələb edilir


Oreqon ştatının Portland və ABŞ-ın digər 5 şəhərinin merləri Konqresə müraciət edərək, federal qüvvələrin şəhərlərə yerləşdirilməsi qərarını qanunsuz elan edilməsinə çağırıb.

"Bu administrasiyanın yerli rəsmilərin etirazına baxmayaraq, şəhərlərə federal qüvvə yerləşdirməsi heç vaxt olmamalı idi" - deyə, Portland, Sietl, Çikaqo, Kanzas, Nyu Meksiko və Vaşinqtonun Albukerke şəhər merlərinin Nümayəndələr Palatası və Senata ünvanladıqları məktubda yazılıb.

Portland meri Ted Viler və şəhər komissioneri Co Ann Hardesti daxili təhlükəsizlik nazirinin vəzifəsini icra edən Çad Volfla atəşkəs və federal qüvvələrin şəhərdən çıxarılması məsələlərini müzakirə edib.

Bundan əvvəl ABŞ rəsmiləri federal məhkəməyə hücumlar dayandırılmasa qüvvələrin Portlandda qalacağını və daha çox qüvvənin yaxın zamanda yola düşə biləcəyini bəyan etmişdi.

"Federal mülkiyyət və personala qarşı hücumların davam etdiyi bir vaxt qüvvələrin şəhərdən çıxaırlması həll yolu deyil. Biz insanların dağıtmaq niyyətində olduğu binamızı mühafizəsiz qoymayacağıq" - deyə, prokuror Billi Vilyams bildirib.

Etirazçılar Portlandda ardıcıl olaraq 2 aydır polis zorakılığına, irqi bərabərsizliyə və federal qüvvələrin bu yaxınlarda şəhərə yerləşdirilməsinə qarşı mitinqlər keçirir.

Tramp administrasiyasının Oreqon ştatının Portland şəhərinə federal qüvvə yerləşdirməsi vəziyyəti daha da gərginləşdirib.

Prezident Donald Trampın etirazları yatırmaq üçün şəhərə yolladığını federal agentlər irqi ayrı-seçkilik əleyhinə başlayan bəzi hallarda zorakı hal alan və hər gecə keçirilən nümayişlərdə onlarla etirazçını həbs edib.

İyulun 4-dən qüvvələrin şəhərə yerləşdirilməsi ilə "Qaraların həyatı mühümdür" hərəkatına vüsət verib. Gecə nümayişləri bundan əvvəl 100 nəfərin iştirakı ilə keçirildiyi halda, qüvvələrin yerləşdirilməsindən sonra 1000-lərlə insan aksiyalara qatılıb.

Bazar ertəsi nümayişçilərə qarşı dəfələrlə gözyaşardıcı qazdan istifadə edilib, fişənglər və bibər topları atılıb. Bəzi etirazçılar məhkəmə binası ətrafına çəkilmiş hasarı aşıb, digərləri fişənglər atıb, hasarı vurub, binanın üzərinə işıq projektorları tutub.

Tramp tvit edərək yazıb ki, "federal mülkiyyət bir gün belə federal agentlərsiz olmayacaq".

Bəzi nümayişçilər Vileri riyakarlıqda ittiham edib. Onlar merin federal agentlər əleyhinə danışmasına baxmayaraq, onu nəzarəti altında olan Portland polisinin dinc nümayişçilər də daxil olmaqla, etirazçılara qarşı gözyaşardıcı qaz və qiyamlara nəzarət silahlarından istifadə etməkdə günahlandırıb.

Portland polisi bazar günü nümayişlərin keçirildiyi yerin yaxınlığındakı atışmaya cavab verib. İki nəfər nəzarət altına alınıb. Güllə yarası alan bir şəxs xəstəxanaya çatdırılıb. Onun yarasının həyati təhlükəsi olmadığı bildirilib.

Həmin parkda avtomat daraqları və Molotov kokteylləri ilə dolu çanta aşkar edilib. Polis aşkar edilən bu silahların atışma ilə əlaqəsi olmadığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG