Accessibility links

Portland şəhərində aksiyalarda 14 nəfər həbs edilib


ABŞ-ın şimal-qərbində yerləşən Oreqon ştatının Portland şəhərində yüzlərlə insan bazar günü prezident Donald Trampa dəstək və ona qarşı aksiyalar keçiriblər. Aksiyalar zamanı polislə qarşıdurma yaranıb və bir neçə şəxs həbs edilib.

“Tramp ifadə azadlığı” adlanan və prezidenti dəstəkləyən aksiya federal binaların yaxınlığında baş tutub. Buna qarşı olaraq "Nasistlərə yox" adlı etiraz aksiyası keçirilib.

Şəhər şurası binasının qarşısında etiraz edən nümayişçilər bir-birilərinə qarşı çağırışlar edib, bayraqlar yelləndirib, şüarlar bağırıblar. Polis ixtişaşın qarşısını almaq məqsədilə küçə boyunca arakəsmələr düzmək məcburiyyətində qalıb.

Günün sonlarına doğru polis bir-birilərinə sərt əşyalar atan etirazçıları sakitləşdirmək üçün gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub. Polisin bildirdiyinə görə, 14 nəfər həbs edilib.

Portland şəhərinin meriTed Viler federal hökümətdən Trampı dəstəkləyən mitinqlərin ləğv edilməsi üçün icazə istəyib. O həmçinin bildirib ki, özü birbaşa təşkilatlarla əlaqə saxlayaraq, keçən ay Portlandda qatarda baş verən ölümcül bıçaqlanma hadisəsindən sonra bu cür etiraz aksiyalarının ləğv edilməsini istəyib.

Keçən ay Portland qatarında baş verən hadisədə İslam əlehdarı bir nəfər müsəlman qızları təhqir etdikdən sonra onları müdafiə edən 2 nəfəri bıçaqlayaraq öldürmüş, 1 nəfəri isə ağır yaralamışdı.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG