Accessibility links

Tramp ABŞ şəhərlərinə əlavə federal qüvvə yerləşdirəcəyini deyir


ABŞ prezidenti Donald Tramp Amerika şəhərlərində federal qüvvələrin mövcudluğuna dair narazılıqlar fonunda əlavə qüvvələr yerləşdirməyi planlaşdırır. O, vəziyyəti qəbuledilməz zorakılıq kimi qiymətləndirir.

Ağ Evdə müxbirlərlə görüşü zamanı ABŞ dövlət başçısı Oreqon ştatının Portland şəhərində federal qüvvələrin son 3 gün ərzində “fantastik iş gördüyünü” deyib.

Portland
Portland

Portland meri Ted Viller isə müxbirlərə deyib ki, federal hüquq-mühafizə zabirlərinin əməlləri "federal hökumətin polis taktikasının kobud şəkildə istismarı"dır. Viller prezident Trampın şəhərə yerləşdirilən hərbi zabitləri dərhal geri çəkməsini istəyib. Mer prezidentdən qüvvələri öz binalarına yerləşdirməyi tələb edib.

Oreqon ştatının baş prokuroru Ellen Rozenblum federal hökuməti insanların səbəbsiz həbsinə görə məhkəməyə verib. O, federal hakimdən həbslərin dayandırılmasına göstəriş verməsini istəyib.

Şəhər və ştat rəsmiləri çox ehtimal ki, federal hüquq-mühafizə agentlikrinin yarı-hərbi personalının kimliklərini bəlli etməməsinin etirazçılarla gərginlikləri daha da artırdığını deyir.

Portland
Portland

ABŞ-ın digər şəhərlərində daha çox qüvvə yerləşdirilməsi planlaşdırılır.

ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi bu həftə Çikaqoya 150 federal agent göndərməlidir. Ötən cümə günü bu şəhərdə 71 adam atəşə tutulub, onların 12-si həyatını itirib.

Nümayişçilər bazar günü Portlandın Federal Məhkəməsi ətrafına çəkilmiş hasarı sındırıb. Hasar hüquq-mühafizə işçiləri ilə nümayişçilər arasında toqquşma ehtimalına görə çəkilib.

Çikaqo
Çikaqo

Bu şəhərdə nümayişlər mayın 25-də polis tərəfindən qaradərili Corc Floydun saxlanılarkən ölümünə etiraz olaraq davam edir.

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və Portlandən konqresmen Örl Blumenaur birgə bəyanatla çıxış edərək, nümayişçilərin həbsi və onlara gözyaşardıcı qazdan istifadə edilməsini kəskin tənqid edib.

Bəyanatda deyilir ki, ötən ay paytaxt Vaşinqtonda administrasiyanın nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə etməsi və indi Portlandda nümayişçilərin maşınlara mindirilib naməlum istiqamətdə aparılması gərginliklərin artırılması cəhdididir və nə qədər ki, Portland prezidentin hədəfindədir, bu onu göstərir ki, hər bir şəhər növbəti hədəf ola bilər.

İnternetdə yayılan videoda etirazçıların ədliyyə binasını mühasirəyə alan hasarı dağıtdığı nümayiş etdirilib.

"Federal hüquq-mühafizə orqanları əllərində qalxan, çətir və xokkey taxtası, başlarında dəbilqə, qaz maskası ilə ədliyyə binasının qapılarına yaxınlaşan onlarla insanın qarşısını kəsib" - deyə, polis açıqlamasında bildirib.

Açıqlamada deyilib ki, nümayişçilərin dağıdılması üçün qazdan azı iki dəfə istifadə edilib. Lakin şəhər polisi bu fəaliyyətlərin heç birində iştirak etməyib.


Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG