Accessibility links

Portland polisi etirazları ‘qiyam’ elan edib


Oreqon ştatının Portland şəhər polisi şənbə günü etirazçıların yanğın törətdiyini və yanğının dərhal söndürüldüyünü bildirib.

Nümayişçilər Federal Məhkəmənin ətrafına çəkilmiş hasarı sındırıb. Hasar hüquq-mühafizə işçiləri ilə nümayişçilər arasında toqquşma ehtimalına görə çəkilib.

Bu şəhərdə nümayişlər mayın 25-də polis tərəfindən qaradərili Corc Floydun saxlanılarkən ölümünə etiraz olaraq davam edir.

İrqçilik əleyhinə nümayişlər Minneapolisdə baş verən hadisədən sonra tez bir zamanda ABŞ şəhərlərinə yayılıb.

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və Portlandən konqresmen Örl Blumenaur birgə bəyanatla çıxış edərək, nümayişçilərin həbsi və onlara gözyaşardıcı qazdan istifadə edilməsini kəskin tənqid edib.

Bəyanatda deyilir ki, ötən ay paytaxt Vaşinqtonda administrasiyanın nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə etməsi və indi Portlandda nümayişçilərin maşınlara mindirilib naməlum istiqamətdə aparılması gərginliklərin artırılması cəhdididir və nə qəədr ki, Portland prezidentin hədəfindədir, bu onu göstərir ki, hər bir şəhər növbəti hədəf ola bilər.

Portland meri Ted Viller prezident Trampın şəhərə yerləşdirilən hərbi zabitləri dərhal geri çəkməsini istəyib. Mer prezidentdən qüvvələri öz binalarına yerləşdirməyi tələb edib.

Oreqon ştatının baş prokuroru Ellen Rozenblum federal hökuməti insanların səbəbsiz həbsinə görə məhkəməyə verib.

XS
SM
MD
LG