Accessibility links

Portlandda aksiyalar zamanı qarşıdurma yaranıb [Video]


Portlandda aksiyalar zamanı qarşıdurma yaranıb
please wait

No media source currently available

0:00 0:02:11 0:00

Portlandda aksiyalar zamanı qarşıdurma yaranıb

Aksiya iştirakçıları arasında yaranan qarşıdurma səbəbindən 14 nəfər həbs edilib.

Portlandın bələdiyyə sədri Ted Viler federal hökümətdən “İfadə azadlığı” adlanan sağçı mitinqin ləğv edilməsini istəyib. Bu mitinqin keçən ay baş verən terror hadisəsi səbəbindən etirazçılar arasında şiddət yaradacağı bildirsə də onun bu təklif qəbul edilməyib. Təkilatçılar həssas zamana təsadüf etdiyini bilsələr də aksiyanı keçirmək qərarlarını dəyişməyiblər.

Kayl Çapman – “Tramp ifadə azadlığı” aksiyasının iştirakçısı

“ Niyə bu aksiyanın keçirtməyək? Ona görə ki, hansısa ruhi-xəstə kimisə öldürüb? Məhz ona görə indi insanlar bir araya gəlib, fikirləşini bölüşüb, ünsiyyətdə olmalıdırlar.”

Polis aksiya iştirakçılarını küçənin əks istiqamətlərinə ayırmasına baxmayaraq, “İfadə azadlığı” etirazçılarının təşviqedici şüarları səbəbindən mitinqdə qarşıdurma yaranıb.

Fi Alaqoz – Nifrət əleyhinə aksiyanın iştirakçısı

“Biz onları sevgi ilə salamlamaq istəyirik. Amma görünən odur ki, onların bizə qarşı heç bir xoş hissləri yoxdur. Qarşılığını görməyəndə isə mənim üçün sevgi vermək daha da çətinləşir.”

Debbi Sluder - – “Tramp ifadə azadlığı” aksiyasının iştirakçısı

“Onların başa düşmədiyi odur ki, biz də onlar kimi qorxuruq. Heç bir tərəfi şər kimi göstərməyə ehtiyac yoxdur. Hər iki tərəfin qorxması üçün səbəblər var.”

Etirazçılar Çapman meydanı yaxınlığında kərpiclər və qoxulu mayelərlə müqavimət göstərdiyinə görə polislər tərəfindən üzərlərinə göz yaşardıcı qaz sıxılıb. 14 nəfər həbs edilib.

Baxmayaraq ki, ifrat-sağçılarla solçular arasında yaranan bu münaqişə gözlənilən idi, amma insanların çoxu evdə qalmayıb, küçələrə çıxmasına səbəb başqadır.

Mark Kallikotte - Nifrət əleyhinə aksiyanın iştirakçısı

“Mən öz ölkəmdə qorxaraq yaşamaq istəmirəm. Əgər bu cür hadisələr baş verməyə davam etsə biz arxamızda uşaqlarımız və nəvələrimiz üçün qorxulu dünyanı buraxmış olacağıq.”

XS
SM
MD
LG