Portuqaliyada meşə yanğınları nəticəsində 57 nəfər ölüb, 60-a yaxın adam müxtəlif dərəcəli xəsarətlər alıb.
Bu barədə iyunun 18-də ölkənin baş naziri Antonio Kosta məlumat verib.
Hakim dairələr ölü sayının artacağını istisna etmir.
İyunun 17-də Portuqaliyada qeyri-adi isti olub.
Ölkənin ayrı-ayrı rayonlarında havanın istiliyi 40 dərəcədən yuxarı olub.
Baş verən yanğın sürətlə ölkənin mərkəz hissəsinə yayılıb.
Alovla mübarizəyə 1500-dən çox yanğınsöndürən cəlb edilib.
Təbii fəlakətin dəqiq miqyası hələ ki, bəlli deyil.
Yerli mətbuat yazır ki, son 50 il ərzində ölkədə belə güclü yanğın olmayıb.