Accessibility links

Portuqaliyada üç günlük matəm elan olunub


Portuqaliyanın mərkəzində kütləvi meşə yanğınları nəticəsində ən azı 61 nəfər həlak olub. Onların əksəriyyəti maşınların içində yanaraq ölüblər.

Portuqaliyanın mərkəzində kütləvi meşə yanğınları nəticəsində ən azı 61 nəfər həlak olub. Onların əksəriyyəti maşınların içində yanaraq ölüblər.

Yüksək isti hava nəticəsində yaranan yanğınların ilk dalğasında azı 59 nəfərin xəsərat aldığı bildirilir.

Rəsmilər məlumat veriblər ki, yüzlərlə yanğınsöndürən Pedraqoa Qrande adlı dağlıq ərazisinə göndərilib. Həmin ərazi paytaxt Lissabonun 150 km şimla-şərqində yerləşir. İspaniya və Fransa yanğınsöndürmə səylərinə dəstək məqsədilə yanğınsöndürən təyyarələr göndəriblər. Avropa Birliyi fövqəladə vəziyyətlə bağlı yardım kampaniyasına start verib.

Baş nazir Antonio Kosta bazar günündən başlayaraq üç günlük matən elan edib. Yerli mətbuat yazır ki, son 50 il ərzində ölkədə belə güclü yanğın olmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG