Accessibility links

Plakat Muzeyi-ndə [Video]


Plakat Muzeyi-ndə
please wait
Embed

No media source currently available

0:00 0:02:47 0:00

Çox az muzey 500 min ədəd eksponatı olduğunu deyə bilər. Lakin Nyu-Yorkun “Plakat Muzeyi” bunu deyə bilər. 1973-cü ildə Manhettanda bir kolleksioner tərəfindən açılan bu muzey dünyanın ən böyük plakat muzeyidir.

Buna inanmaq çətin olsa da, kiçik bir sahədəki evdə yarım milyondan çox plakat var. Bu “Plakat Muzeyi”ndəki kolleksiya bir yerdə qalmır. Burada hər şey satılır və muzeyin sahibi Filip Villiams həmişə nə isə təzə bir şey axtarır. Bu, 45 ildir fəaliyyət göstərən muzeydə Culs Şere, Tulus Letrek, Mətis, Şaqal və Dali kimi məşhur rəssamların əsərlərinin plakatları var. Filip Villiams: “Bu Şerenin lampa yağı ilə işlənmiş əsəridir. Bunun iyisi yoxdur və çox yaxşı qalıb. Li Coif Lorenin bu əsəri çox maraqlıdır. Əslində bu anti-eyudaizm plakatıdır.”

Filip Villiams üçün bu muzeyi açmaq o qədər də asan olmayıb. O, əvvəllər inşaat işçisi olub və 1960-cı ilərin sonunda bu işi buraxaraq, yeni biznes açmaq qərarına gəlib. “Mən bir mehmanxananın zirzəmisini əşyaları ilə birlikdə satın aldım və təmir işlərinə başladım. Orada köhnə sandıqlar var idi. Sandıqlardan birində Rayt qardaşlarının üç məktubunu tapdım. Onları 1200 dollara satdım. 45 il əvvəl bu yaxşı pul idi.”

Bu məbləğə o nəinki biznesini saxlaya, hətta səyahət edib, unikal mallar ala bildi. “Beləliklə mən əsasən Rusiyanın olmaqla, ən çox siyası plakat alanlardan oldum. Məndə Rusiyanın minlərlə gözəl plakatı var” deyə, Filip Villiams bildirir.

Sizcə bunların qyməti neçədir? Hər biri 4 dollardan başlayaraq, 900 dollara qədərdir. Burada ən ucuz plakat 20 dollardır. Lakin həvəskarlar nadir plakatlara minlərlə dollar xərcləyə bilər. Villiyam bunun yaxşı yatırım olduğunu deyir. Məsələn, Villiamsda Kassandra adlı rəssamın plakat kolleksiyası var idi ki, o, onların hər birini 500 min dollara satıb.

Sənət əsərlərini sevən Aleksandra Ortiz buraya vətəninə aid plakat axtarmağa gəlib. “Mən buraya Puerto-Rikoda 1960-cı illər, etirazların baş qaldırdığı vaxtların plakatları ilə maraqlandığım üçün gəlmişəm. Mən burada doğulduğum ilin, 1969-un üç plakatını tapdım. Lakin onlar çox bahadır.”

Nadir tapıntılarına və sadiq müştərilərinə baxmayaraq, Villiams bu yeri tərk etməli olacaq. Baha olduğu üçün o, daha buranın kirayəsini ödəyə bilmir. Lakin o, ürəyincə olan bu sənəti seçdiyi üçün özünü xəşbəxt hiss edir.

XS
SM
MD
LG