Amerikanın Kaliforniya, Tennisi və Florida ştatları hər biri bütün rekordları aşmış Powerball oyununda qalib gələn lotereyanı elan edib. Ötən axşam oynanılan lotoreyada jackpot udana 1.5 milyard pul ödənilməlidir.
Kaliforniyada lotereya oyununun sözçüsü bildirib ki, qalib nömrələri Los Anceles şəhərinin zənginlərin yaşadığı Chino Hills rayonunda 7-11 adlanan pərakəndə satış mağazasından alınıb.
Eyni nömrələrin alındığı Tennesi və Florida ştatlarında qalib gələn lotereyanın dəqiq alındığı şəhər və yer hələlik ictimaiyyətə açıqlanmayıb.
Hələ ki, üç qalibin kimlər olduğu barədə məlumat verilmir.
Lotereya rəhbərliyi çərşənbə günü oynanılan lotoreya satışının record səviyəyə çatdığını bildirib. Bu isə jackpot uduşunu daha da bahalı edib.
292.2 milyondan birinin uda biləcəyi bu biletləri almaq üçün insanlar 2 dollar xərcləməyi çox bilməyib.
Qalib nömrəni satan Kaliforniya mağazası 1 milyon mükafat alacaq.