Nyutaun orta məktəbinin auditoriya zalında həftəsonu baş vermiş hücum qurbanları üçün çoxtəriqətli xatirə mərasimi keçirilib.
Prezident Obama Konnektikutda xatirə mərasiminə qatılır

1
ABŞ prezidenti Barak Obama Sendi Huk ibtidai məktəbində baş verən silahlı hücumun qurbanlarına ithaf edilən xatirə mərasimində çıxış edir. 16 dekabr, Nyutaun, Konnektikut.

2
İbtidai məktəbə hücum qurbanlarına ithaf edilmiş müvəqqəti xatirə ocağında bir cüt mələk qanadı və şarlar qoyulub. 16 dekabr, Nyutaun, Konnektikut.

3
Sendi Huk ibtidai məktəbi yaxınlığındakı yol kənarında hücum qurbanlarına ehtiram əlaməti olaraq 27 taxta mələk fiqurları qoyulub. 16 dekabr, Nyutaun, Konnektikut.

4
Konnektikut ştatının Milford qəsəbəsindən gəlmiş 7 yaşlı Ava Staiti anası Emili Staitiyə baxır. Küçədə quraşdırılmış xatirə ocağında 26 oyuncaq ayı qoyulub. Oyuncaqların hər biri qətlə yetirilən hücum qurbanlarının xatirəsini anır. 16 dekabr, Nyutaun, Konnektikut.