Accessibility links

İlham Əliyev: Doqquz ayda 226 min yeni iş yeri yaradılıb


İlham Əliyev Nazirlər Kabinetinin iclasına sədrlik edir
İlham Əliyev Nazirlər Kabinetinin iclasına sədrlik edir

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

Prezident Əliyev bu ilin doqquz ayında ölkənin uğurla və hərtərəfli inkişaf etdiyini, bütün sahələrdə dinamik inkişafın təmin edildiyini bildirib.

Dövlət başçısı ilin doqquz ayında qeyri-neft iqtisadiyyatının 2,5 faiz artdığını qeyd edərək, bunun son illərdə aparılan siyasətin nəticəsi olduğunu bildirib. Qeyd edib ki, bu dövrdə qeyri-neft sektorunun sənaye hissəsində artım 3,1 faiz, kənd təsərrüfatında 2,8 faiz təşkil edib, xarici ticarət dövriyyəsi 7 faiz artıb.

Doqquz ayda Azərbaycanın valyuta ehtiyatları 42 milyard dollar səviyyəsində olub.

Prezident vurğulayıb ki, doqquz ayda Azərbaycanın valyuta ehtiyatları 42 milyard dollar səviyyəsində olub.

“Biz uzunmüddətli dayanıqlı inkişaf barədə düşünürük”, o qeyd edib.

“4,5 milyard dollar həcmində artan valyuta ehtiyatlarımız doqquz ayın ən uğurlu məsələlərindən biridir” dövlət başçısı əlavə edib.

Prezident Əliyev doqquz ayda 226 min yeni iş yerinin yaradıldığını bildirib.

İlham Əliyev
İlham Əliyev

Onun fikrincə. ötən dövrdə ölkədə əsas infrastruktur, o cümlədən yeni yolların çəkilişi, içməli su, qazlaşdırma, elektrik enerjisi ilə təminat, meliorasiya ilə bağlı layihələrin uğurla icra olunur.

“Bu ilin ötən dövründə yeni məktəblər, tibb ocaqları tikilib və əsaslı təmir edilib. İlin əvvəlindən məcburi köçkünlərin sosial məsələlərinin həlli, onların mənzillə təmin edilmələri məsələsi də diqqət mərkəzində olub”.

Dövlət başçısı Cocuq Mərcanlının bərpasını və kənddə sosial infrastrukturun yaradılmasını tarixi hadisə adlandırıb.

“2017-ci ildə də məcburi köçkünlər yeni mənzillərlə təmin ediləcək və bu layihə gələn il də davam etdiriləcək. İndiyədək 250 mindən çox soydaşımız dövlət tərəfindən mənzillərlə təmin olunub” .

Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Əliyev bu məsələdə ölkəsinin mövqeyinin dəyişməz qaldığını, ərazi bütövlüyünündanışıqlar predmeti olmadığını bildirib.

Ermənistan danışıqları pozmağa çalışsa da, buna nail ola bilmədi.

“Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Ermənistan danışıqları pozmağa çalışsa da, buna nail ola bilmədi”, prezident qeyd edib.

Onun fikrincə, bu ilin doqquz ayında neft-qaz sektorunda əlamətdar hadisələr baş verib.

“Ötən ay “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Saziş imzalanıb, “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı işlər də uğurla gedir. Əsas məqsəd qeyri-neft sektorunun inkişafıvə neftdən gələn gəlirlərin insan kapitalının inkişafına yönəldilməsidir”.

Yaxın vaxtlarda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışının olacağını deyən Əliyev bildirib ki, Azərbaycanın iştirak etdiyi və bir çox hallarda təşəbbüskarı olduğu layihələr qlobal xarakter daşıyır və dünyada ölkənin mövqeyinin daha da güclənməsinə töhfə verir.

Dövlətimizin başçısı bildirib ki, bu ilin doqquz ayında özəl sektor tərəfindən 1,7 milyard manat sərmayə cəlb edilib. Bununla yanaşı, ölkədə ixracın təşviqi mexanizmi işə düşüb.

Bu ilin doqquz ayında özəl sektor tərəfindən 1,7 milyard manat sərmayə cəlb edilib.

İlham Əliyev deyib ki, bu il 150 min hektar torpağa suyun verilməsi nəzərdə tutulub. Gələn il 100 min hektara su verilməlidir ki, bu da kənd təsərrüfatının inkişafını təmin edəcək.

Prezident İlham Əliyev fermerlərin kənd təsərrüfatı texnikaları ilə təmin edilməsi istiqamətində də mühüm addımların atıldığını, bölgələrdə logistik mərkəzlərin tikildiyini, hazırda 400 hektardan çox sahədə yeni müasir istixana komplekslərinin salındığını bildirib.

Prezident tikinti sektorunda canlanmanın olduğunu, hazırda paytaxtda 95 yaşayış binasının tikildiyini, yararsız vəziyyətdə olan binaların yerində müasir yaşayış komplekslərinin inşa olunduğunu deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG