Accessibility links

Prezident Novruz bayramı münasibəti ilə xalqı təbrik edib


Prezident İlham Əliyev Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir ki, milli özünüdərkin təşəkkülündə müstəsna mövqeyə malik Novruz ənənələri çoxəsrlik tarixi keçmişinə daim ehtiramla yanaşan Azərbaycan xalqının dünya mədəniyyətinə misilsiz töhfələrindəndir.

“Həmin ənənələrin müqəddəs ərməğan kimi həmişə uca tutulması və layiqincə yaşadılaraq gələcək nəsillərə çatdırılması hər bir azərbaycanlının vətəndaşlıq borcudur”.

Prezident bildirir ki, bahar bayramı dövlət müstəqilliyinin nailiyyəti olaraq rəsmi statuslu əsl ümumxalq bayramı səviyyəsində ölkənin bütün guşələrində qeyd edilir.

“Mən torpaqlarımızın müdafiəsində mətinliklə dayanan Azərbaycan əsgərinə bayram təbriklərimi yetirirəm. Vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda şəhid olmuş qəhrəman övladların unudulmaz xatirəsini bir daha ehtiramla yad edərək onlara Allahdan rəhmət, yaxınlarına səbir diləyirəm”, təbrikdə qeyd edilir.

Prezident hesab edir ki, dünya azərbaycanlılarının həmrəyliyinin rəmzi Novruz bayramını xaricdə yaşayan soydaşların milli məfkurə işığında Azərbaycanla birgə qeyd etməsi onlarda ölkəyə bağlılıq hisslərini gücləndirir.

“Arzu edirəm ki, öz gəlişiylə bu gözəl bayram hər evə, hər ocağa bol ruzi-bərəkət gətirsin və hamınıza yeni sevinclər bəxş eləsin”, təbrikdə qeyd edilir.

XS
SM
MD
LG