Fevralın 15-i ABŞ-da Prezident günüdür. Bu ənənə 1800-cü illərə gedib çıxır, hansı ki, o zaman insanlar ilk prezident Corc Vaşinqtonun 1799-cu ildə ölümündən sonra onun doğum gününü (22 fevral) qeyd etməyə başlayıblar.
1971-ci ildə imzalanmış Ümumi Bazar Ertəsi Bayram Aktına əsasən Vaşinqtonun ad günü və bir neçə digər bayramlar insanlara həftə sonları üç gün istirahət vermək üçün bazar ertəsi gününə köçürülüb. Yeni qanuna görə Vaşinqtonun doğum gününün qeyd edilməsi fevral ayının üçüncü bazar ertəsinə müəyyən edilib, odur ki, bayram Vaşinqtonun ad günü ilə fevralın 12-də olan prezident Linkolnun ad gününün arasına təsadüf edir. Bu da bir çox insanlar tərəfindən bayramın hər iki prezidentin ad gününü qeyd etmək üçün nəzərdə tutulduğunu fikirləşməyə səbəb olub və nəticədə isə həmin gün bütün prezidentlərin ad günü bayramı kimi tanınıb.