ABŞ prezidenti cinayətdə ittiham edilə bilərmi? Bu sualın dəqiq cavabı yoxdur.
Sual prezident Trampın Rusiyanın 2016-cı il seçki kampaniyasının Rusiya ilə mümkün əlaqələrinə dair xüsusi təhqiqat aparıldığı bir vaxt qaldırılıb.
Təhqiata rəhbərlik edən Robert Müllerin Trampın yaxınları və hətta prezidentin özünü günahlandıracağına dair heç bir əsas yoxdur. Lakin Müllerin təhqiqatla bağlı federal cinayətlərə dair məhkəməyə müraciət etmək səlahiyyəti var. Nəzəriyyə baxımından bura prezident də daxil edilə bilər.
Müller Trampın Federal Təhqiqat Börosunun sabiq rəhbəri Ceyms Konini işindən kənarlaşdırarkən ədalətə əngəl olub-olmadığını müəyyən etməlidir.
Müllerin komandası Tramp əleyhinə qanuni mübarizə qaldırsa, məsələ Ali Məhkəməyə çatacaq. Lakin kimin qalib gələcəyi bəlli deyil.
ABŞ konstitusiyasında prezidentlərin hansı hallarda impiç edilməsi və hakimiyyətdən uzaqlaşdırılmasına dair şərtlər yer alsa da, prezidentin mühakiməsi barədə heç nə deyilmir. Federal qanunlarda da bu öz əksini tapmır. Məhkəmələrdə hələ heç vaxt belə bir məsələ ilə bağlı iş aparılmayıb.
Konstitusiyada prezidentin vətənə xəyanət, oğurluq kimi ciddi cinayətlərə əl atdığı təqdirdə onun impiç edilməsi nəzərdə tutulur.
Lakin Konqresin də prezidenti impiç etmək səlahiyyəti var.
Nümayəndələr Palatasında impiçlə bağlı qərar səsə qoyulmalıdır. Prezident işindən Senatın üçdə iki hissəsinin səsi ilə kənarlaşdırıla bilər.
Aydınlığın tam olmaması ilə ekspertlər belə hallarda konstitusiya prinsipləri və ya Amerikanın təsisçilərinin orijinal niyyətləri kimi qeyri-müəyyən faktorların nəzərə alınacağını təxmin edir.