ABŞ prezidenti hökumətin 2 illik məsrəf planını məqsədyönlü adlandıraraq, masasına qoyulduğu an sənədi imzalayacağını deyib.
"Bu razılıq Vaşinqtonun ölkənin inkişafına mane olmaqdansa, yardım etmək yolunu seçdiyinə nümunədir"- deyə Barak Obama Senatın məsrəf planını təsdiq etməsindən sonra bildirib.
Sənəd Nümayəndələr Palatasının təsdiqini çərşənbə günü əldə edib.
Respublikaçıların nəzarətində olan Konqres demokratlarla dəfələrlə planla bağlı mübahisələr edib.
Xərclərin məhdudlaşdırılması
Yeni planda ABŞ büdcəsinin 2017-ci ilin mart ayınadək hər il 4 trillion dollar məbləğində ixtisarı nəzərdə tutulur. Bu, prezident Obamanın hakimiyyətdən getməsi və yeni prezidentin, habelə yeni Konqresin vəzifəsinə başlaması vaxtına təsadüf edir.
Sənəddə hökumətin borc səlahiyyəti artırılır.
"Sənəd iki il müddətinə maliyyə məsələsinə aydınlıq gətirərək, iqtisadiyyata ziyan vuran hökumətin işinin dayandırmasına yol verməyəcək"- deyə prezident Obama bildirib.