Accessibility links

Prezident Obama inşaatçılar və tələbələr üçün qanun imzalayıb


ABŞ prezidenti Barak Obama yenicə imzaladığı qanunun minlərlə inşaat fəhləsinə iş yerlərini qoruyub saxlamağa imkan verəcəyini deyir. O, həmçinin 7 milyon tələbəyə verilən təhsil borcunda sələm faizlərinin ikiqat artmasının qarşısını aldığını bildirib.

Həftəlik müraciətində cənab Obama bildirib ki, cümə günü imzaladığı qanunlar milyonlarla amerikalının həyatında həqiqi dəyişikliklər edəcək. Bununla belə, prezident “daha çox iş görməyə ehtiyac olduğunu bildirib.”

O, aylarla Konqresi müharibəyə xərclənməyən pulları ölkə daxilində xərcləməyə çağırıb. ABŞ lideri deyib ki, yüz minlərlə inşaatçı yolllar, körpülər və simsiz şəbəkələr inşa etməyə hazırdırlar.

Prezident Obama habelə Konqresi tələbələr üçün nəzərdə tutulmuş maliyyə yardımını genişləndirməyə çağrııb. Onun təklif etdiyi ölçü 2 milyon amerikalıya bizneslərin axtarışda olduğu bacarıqlara yiyələnmək üçün peşə öyrətməyə kömək edəcək.
XS
SM
MD
LG