Accessibility links

Prezident Obama Konqres Respublikaçılarını tənqid etdi


Prezident Obama Konqres Respublikaçılarını tənqid etdi
Prezident Obama Konqres Respublikaçılarını tənqid etdi

Prezident Barak Obama deyir ki, varlıların daha da varlanmasını və orta sinfin çətinliklərlə üzləşdiyini açıqlayan hesabat göstərir ki, Konqresdəki Respublikaçılar ABŞ-da iqtisadi duruma fikir vermirlər.

Həftəlik müraciətində cənab Obama deyib ki, var-dövlət və uğur Amerikada dəyərləndirilir, amma bu, təkcə ən çox pul qazanan təbəqəyə şamil edilməməlidir.

Cənab Obama bildirib ki, onun təklif etdiyi iş planına əsasən 1 milyon dollardan çox pul qazanan adamların vergiləri artırılacaq, orta sinif və kiçik bizneslərin vergiləri isə azalacaq.

O, Respublikaçıların keçmişdə buna oxşar təklifi dəstəklədiklərinə baxmayaraq indi məsələni siyasiləşdirdiklərini deyir.

Respublikaçıların cavab müraciətində Konqres üzvü Bobbi Şillinq deyib ki, siyasi oyunlar iqtisadiyyatı dirçəltməyəcək. O, prezident Obama və Senat Demokratlarını Respublikaçıların irəli sürdüyü planı dəstəkləməyə çağırıb.

XS
SM
MD
LG