ABŞ prezidenti Barak Obama deyr ki, əgər lazım gələrsə o, Pakistana növbəti reyd üçün göstəriş verəcək.
BBC telekanalı ilə müsahibədə cənab Obama ABŞ-ın Pakistanın suverenliyinə hörmət etdiyini bildirib. Bununla belə o, ABŞ-ı qorumağın onun administrasiyası üçün başlıca prioritet olduğunu söyləyib. Prezidentin sözlərinə görə əgər Pakistanda kimsə "bizim və ya müttəfiqlərimizin vətəndaşlarını öldürməyi planlaşdırırsa ," o, həmin ölkədə növbəti əməliyyata göstəriş verərdi.
Mayın 2-də ABŞ-ın elitar qüvvələri Pakistanın Abbottabad şəhərinə uçaraq buraa Əl-Qaida lideri Üsama bin Ladeni öldürüblər.