Accessibility links

Prezident Obama Qərb Yarımkürəsində əməkdaşlığın güclənməsinə çağırır


ABŞ prezidenti Barak Obama Qərb yarımkürəsinin millətləri arasında əməkdaşlığın gücləndirilməsinə çağırıb. Cənab Obama qlobalizasiyanın cəmiyyətlərin bütün səviyyələrinə çatmasını və iqtisadi artımı təmin etmək üçün bunun vacib olduğunu bildirib.

Amerikaların Sammitində keçirdiyi ikigünlük görüşlərdə prezident Obama ölkəsinin narkotikanın leqallaşdırılmasına zidd olduğunu bildirib. Sammitə ev sahibliyi edən Kolumbiya prezidenti Huan Manuel Santos və başqa liderlər deyirlər ki, ABŞ-ın narkotik qaçaqmalçıığa qarşı qeyri-effektiv və baha mübarizəsinə alternativ olaraq narkotik məddələrin leqallaşdırılmasını nəzərdən keçirmək lazımdır.

Kurort şəhəri Kartagenada korporasiya rəhbərləri qarşısında nitq söyləyən cənab Obama millətlərin ayrı-ayrılıqda iqtisadiyyatlarını inkişaf etdirdikləri vaxtın çoxdan ötdüyünü deyib. Hökumət liderlərinin sammiti şənbə günü axşam başlayacaq.

Braziliya prezidenti Dmitri Russeff və cənab Santosla yanaşı dayanan prezident Obama deyib ki, Qərb yarımkürəsinin ölkələri qlobal iqtisadiyyatda özlərinə yaxşı mövqe seçiblər. Eyni zamanda o, qlobalizaiyasının hələ cmiyyətlərin bütün qatlarına təsir göstərmədiyini vurğulayıb.

XS
SM
MD
LG