Accessibility links

Prezident Obama səhiyyə və təhsil islahatları barədə qanun imzaladı


Prezident Obama səhiyyə və təhsil islahatları barədə qanun imzaladı
Prezident Obama səhiyyə və təhsil islahatları barədə qanun imzaladı

ABŞ Prezidenti Barak Obama tarixi səhiyyə islahatlarını nəzərdə tutan və kollec kredit proqramını dəyişən qanuna imza atıb.

ABŞ Prezidenti Barak Obama tarixi səhiyyə islahatlarını nəzərdə tutan və kollec kredit proqramını dəyişən qanuna imza atıb. İmzalanma mərasimi bu gün Vaşinqtonun civarında yerləşən Virciniya ştatının icma kollecində keçirilib. O, bu ölçünü tibbi sığorta və ali təhsil sahəsində mühüm dönüş nöqtəsi adlandırıb. İmzalanan qanuna ötən həftə imzalanmış səhiyyə islahatları barədə qanuna düzəlişlər daxildir ki, Nümayəndələr Palatasının bəzi Demokrat üzvləri səhiyyə islahatlarına dəstək əvəzində bu dəyişiklikləri tələb etmişdilər. Müxalifətdə olan Respublikaçılar qəti şəkildə səhiyyə islahatlarının əleyhinəı çıxır və bu qanunun artan vergilərə və hökumətin insanların səhiyyəsinə müdaxiləsinə gətirib çıxaracağını deyir.

XS
SM
MD
LG