Accessibility links

Prezident Tramp mühafizəkar partiyadaşlarını hədəf aldı


Azadlıq Kokusunun sədri Mark Medouz media ilə danışır. Kapitoli. 23 mart, Vaşinqton.
Azadlıq Kokusunun sədri Mark Medouz media ilə danışır. Kapitoli. 23 mart, Vaşinqton.

ABŞ prezidenti Donald Tramp Nümayəndələr Palatasındakı mühafizəkar “Azadlıq Kokusu"-nu hədəf alıb. Prezident qüdrətli kokusa üzv olan Respublikaçı konqresmenləri səhiyyə qanunundakı islahatları sıradan çıxarmaqda günahlandırıb.

Tvitterdə yazdığı mesajda Tramp tərəfdarlarını kokus üzvlərini və Demokratları məğlub etməyə səsləyib.

Trampın tiviti belə görünür ki, kokus üzvlərinin praymerilərdə (partiyadaxili ilkin seçkilərdə) sınağa çəkilməsini və onalara qarşı rəqib namizədlərin meydana çıxmasını həvəsləndirir.

Azadlıq Kokusunun hazırda 32 üzvü var. Onların əksəriyyəti Respublikaçıların çoxluq təşkil etdiklkıri dairələrdə asanlıqla qəlbə çalıblar.

Öz müstəqilliyi ilə tanınan Azadlıq Kokusu Tramp Administrasiyasını qeyzləndirib. Prezident "Obamacare" kimi tanınan səhiyyə qanununu yenisi ilə əvəzləmək üçün həmin kokusun üzvləri ilə intensiv iş aparsa da, səylər nəticə vermədi.

Prezident Trampın dəstəklədiyi və spiker Paul Ryanın müəllifi olduğu səhiyyə qanun layihəsinin həyata keçməməsində Azadlıq Kokusu önəmli rolu oynadı.
Prezident Trampın dəstəklədiyi və spiker Paul Ryanın müəllifi olduğu səhiyyə qanun layihəsinin həyata keçməməsində Azadlıq Kokusu önəmli rolu oynadı.

Kokus Prezident Tramp və Nümayəndələr Palatası spikeri Paul Ryanın irəli sürdüyü qanun layihəsinə dəstək verməkdən imtina etdi.

Tramp ilk öncə Demokratları tənqid etsə də, sonra atəşini Azadlıq Kokusunun üzvlərinə yönəldib.

Trampın hədəsi Respublikaçıların büdcə müzakirələrinə hazırlaşdığı vaxta təsadüf edir.

Konqres federal hökumətin qapanmasının qarşısını almaq üçün 28 aprelədək xərcləmə ölçüsünü təsdiq etməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG