Accessibility links

Trampın yumşaq tonu müsbət reaksiyalara səbəb olsa da, demokratlar skeptikdir


Trampın yumşaq tonu müsbət reaksiyalara səbəb olsa da, demokratlar skeptikdir
please wait

No media source currently available

0:00 0:02:32 0:00

İctimai rəy sorğuları onu göstərir ki, prezident Donald Trampın ilk illik hesabat məruzəsi bütövlükdə müsbət reaksiyalara səbəb olub. Prezident birlik, iki partiya arasında əməkdaşlığı vurğuladı. Bu, respublikaçıları məmun etsə də, demokratlar prezidentin səmimi olması ilə bağlı skeptikdirlər.

Səs-küylü prezidentlik ilindən sonra prezident Tramp, Konqres qarşısında etdiyi və bütün dünyanın izlədiyi hesabat məruzəsini birlik müraciəti üçün istifadə etdi.

Prezident Donald Tramp: “Hamımız, birlikdə, bir komanda olaraq, bir insan kimi, bir ailə kimi hər şeyə nail ola bilərik. Biz hər birimiz eyni evi, eyni taleyi, eyni bayrağı paylaşırıq.”

Respublikaçılar prezidentin yumşaq tonunu və iki partiya arasında əməkdaşlıq çağırışlarını alqışladılar. Konqresmen Brayan Fitzpatrik onlardan biridir.

“O, ödənişli tibbi məzuniyyətdən, infrastrukturdan, peşə təlimlərindən, opioidlərdən danışdı. Bu hər iki partiyanı maraqlandıran mövzulardır. Onun bu danışıq tərzidən çox məmnunam.”

Lakin nitqi zamanı, demokratlar əksər hallarda alqışlarını saxlayaraq, Trampın qeyri-səmimiliyinə işarə edirdilər.

Demokratların çoxu həm də prezidentin mühacirət mövzusunda güzəştə getmək niyyətini də sual edirlər.

Konqresmen Cim MakQovern: “Bu prezidentin immiqrasiyaya baxışları çox kəskindir. Bu, onun dəstəkçilərinin dar, fanatik və irqi elementəri üçün nəzərdə tutulur.”

Məruzədən dərhal sonra keçirilən rəy sorğularından məlum oldu ki, prezidentin yumşaq tonu ən azı ilkin mərhələdə çox effektiv idi.

Sual odur ki, bu nə qədər çəkəcək?

Təhlilçi Con Hudak: “Prezident kursda dəyişiklik etmək istəyirsə, o bunu bir saat yarımlıq çıxışla yox, hərəkətləri ilə nümayiş etdirməlidir. O, bu tərzi davam etdirməlidir. Amma bizdə Trampın yanaşmada dəyişikliklər etmək bacarığı olduğu haqda heç bir nümunə yoxdur. Nəinki uzunmüddətli bir vaxt kəsimində, hətta orta müddətlik belə.”

İndi Trampa nitqdən qazandığı diqqət üzərində işinə davam etdirmək qalır. Bunu Cim Kesler deyir.

“Bəli, hesabat məruzəsindən sonra onun reytinqində artım olacaq. Bu demək olar ki, bütün prezidentlərdə olur. Sual odur ki, bu nə qədər davam edəcək? Həmin nitqin təsir gücü nə qədər çəkəcək? Bu yeddi gün davam edəcək? Yoxsa yeddi ay?”

Trampın nitqi onun dəstəkçilərinin ona loyal qalmağa davam edəcəyi ilə bağlı çox az şübhə saxladı.

Prezidentin indiki çətinliyi dəstəyini genişləndirərək, tarixdə ən aşağı səviyyədə olan etimad reytiqinin artımına nail olmaqdır.

XS
SM
MD
LG