Accessibility links

Prezidentliyə namizədlərin ilk debatı qızğın mübahisələr şəraitində keçdi


Prezidentliyə namizədlərin ilk debatı
please wait

No media source currently available

0:00 0:02:58 0:00

ABŞ prezidentliyə namizədlər - prezident Donald Tramp və onun demokrat rəbiqi Co Bayden arasında müsbət tonda başlayan ilk debat dünyada bir milyon, ABŞ-da isə 200000-dən çox insanın həyatını itirməsinə səbəb olan COVİD-19 da daxil olmaqla, müxtəlif mövzularda qızğın mübahisələr şəraitində keçib.

Prezidentliyə namizəd Co Bayden:

“Prezidentin heç bir planı yoxdur. O heç bir şey irəli sürməyib. O hələ fevral ayında bunun necə ciddi bir böhran olduğunu bilirdi.”

Trump effektiv cavab verdiyini deyib.

“Biz həkim xalatları, maskalar aldıq, ventilyatorlar istehsal etdik. Siz ventilyatorlar istehsal etməzdiniz. Və indi vaksinin hazırlanmasına biri neçə həftə qalır.”

Bayden Trampın təxminən 20 milyon insanı səhiyyə sığortası ilə təmin edən Obamacare kimi tanınan tibbi xidmətə dair qanunu ləğv etmək səylərini kəskin tənqid edib. Trump qanunun konstitusiyaya zidd olduğunu və istifadəçilərin seçimi məhdudlaşdırdığını bildirib. Bayden isə deyir ki, seçicilər onun təklif etdiyi Obamacare planının genişləndirilməsi çərçivəsində özəl səhiyyə sığortalarını davam etdirə biləcək.

Prezidentliyə namizəd Co Bayden:

“Mənim təklifimə əsasən, onlar bunu edə bilir, edir və edəcək.”

Lakin onlar bir-birinin sözünü kəsməyə başlayanda debatın tonu çox sürətlə dəyişdi.

Prezident Tramp:

“Obamacare yaxşı deyil. Bizim plan daha yaxşıdır.”

Mübahisələrə səbəb olan daha bir mövzu Trampın ABŞ-ın Ali Məhkəməsinin mərhum liberal hakimi Ruth Beyder Ginzburqun yerinə təyinatı idi. Tramp mühafizəkar hakim Emi Koni Barretin namizədliyini irəli sürərək, bir sıra ştatlarda artıq səsvermə başladığı vaxt onun təsdiqinə çalışır. Bayden isə bildirir ki, Ginzburqun yerinə təyinatı noyabr ayında kim seçilsə o etməlidir.

Prezidentliyə namizəd Co Bayden:

“Amerika xalqı Ali Məhkəməyə namizədin seçimində səs hüququna malikdir.”

Tramp buna cavab verdi ki, vaxtdan asılı olmayaraq təyinatı etmək onun vəzifəsidir.

“Biz seçkilərdə qələbə çaldıq, buna görə onu seçmək hüququmuz var.”

Trumpın kampaniyasının rəsmisi onun debatdan məmnun qaldığını bildirib.

Tim Merto, Trampın ictimai əlaqələr üzrə nümayəndəsi:

“İzləyicilərin gördüyü o idi ki, prezident Tramp debatın hər məqamını idarə edirdi və fikrimcə, onlar çox vaxt kömək üçün moderatora müraciət edən zəif Co Baydeni görürdülər.”

Lakin təhlilçilər mübahisələri təndiq edir.

Ceremi Mayer, Corc Meyson Universitetinin təhlilçisi

“Bayden danışanda çox vaxt o bir fikir irəli sürməyə başlayandan 10, 20, 30 saniyə sonra prezident dəfələrlə onun sözünü kəsirdi. Buna görə də debatda kimin qalib gəldiyi sualı mənasızdır, çünki prezident əslində prezident debatı olmamasına çalışırdı.”

Qarşıda prezidentliyə namizədlərin oktyabr ayında daha iki debatı var.

XS
SM
MD
LG