Accessibility links

Priqojinin döyüşçüləri Moskvaya doğru irəliləyir

Moskva, Rusiya. 24 iyun, 2023.
Moskva, Rusiya. 24 iyun, 2023.

Rusiyalı muzdlu döyüşçülər şənbə günü Voronej şəhərinin yanından keçərək sürəlti şəkildə Moskvaya doğru irəliləyib Nların Ukrayna ilə sərhədə yaxın və bir milyondan çox əhalisi olan Rostov-na-Donu şəhərində nəzarəti ələ keçirdikləri deyilir.

Reuters xəbər verir ki, Rusiyanın işğalçı qüvvələrinin əsas logistika mərkəzi olan Rostovda Vaqner Qrupunun muzdlu döyüşçüləri zirehli maşınlarda və döyüş tanklarında mövqelərini tutduğu bir vatx, sakinlər baş verənləri mobil telefonları ilə videoya çəkiblər.

Vaqnerin rəhbəri Yevgeni Priqojin iddia edib ki, onun döyüşçüləri tək bir güllə atmadan belə Rusiyanın cənubunda yerləşən Rostov-na-Donu şəhərinə daxil olublar və onun sözlərinə görə, “ədalət yürüşü” zamanı heç kəs ölməyib. Onun iddialarını müstəqil şəkildə yoxlamaq mümkün olmayıb.

Rusiya Prezidenti Vladimir Putin, bir əsr öncə Rusiyanın Vətəndaş Müharibəsinə bəznətdiyi silahlı qiyamı yatırmağa söz verib.

Reuters-in jurnalisti Rusiyanın hərbi helikopterlərinin Voronej şəhəri yaxınlığından keçən və qoşun daşıyıcıları və ən azı bir tank daşıyan yük maşınından ibarət Vaqner konvoyuna atəş açdığını bildirib. Voronej Moskvanın təxminən 520 kilometr cənubunda yerləşir.

Moskva küçələrində təhlükəsizlik tədbirləri artırılıb. Qırmızı Meydan metal baryerlərlə blok edilib.

“Həddindən artıq yüksək ambisiyalar və şəxsi maraqlar vətənə xəyanətə gətirib çıxarıb,” Putin televiziya ilə çıxışında deyib və ölkənin xaricdə müharibə bir vaxt baş qaldıran üsyanı Rusiya inqilabı və Birinci Dünya Müharibəsi zamanı başlayan vətəndaş müharibəsi ilə müqayisə edib.

Putin şənbə günü Vaqner Qrupunun muzdlularına xəbərdarlıq edib ki, silahlı qiyam xəyanətdir və Rusiyaya qarşı silah qaldıran hər kəs cəzalandırılacaq.

“Xəyanət yoluna qəsdən qədəm qoyan, silahlı üsyan hazırlayan, şantaj və terror üsullarına əl atanların hamısı qaçılmaz cəza çəkəcək, həm qanun qarşısında, həm də xalqımız qarşısında cavab verəcək,” Putin deyib və Vaqner qrupunun addımlarını “arxadan bıçaq zərbəsi” adlandırıb.

Priqojin dərhal cavab verərək, özü və adamlarının təslim olmaq niyyətində olmadıqlarını deyib.

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Putin Belarus, Qazaxıstan və Özbəyistan liderləri ilə telefonla danışıb və “həmkarlarını vəziyyətlə bağlı məlumatlandırıb.”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Twitter-də bildirib ki, o, Putinə dəstəyini təklif edib və Rusiya ilə Vaqner Qrupu arasında qarşıdurmanı həll etməyə yardım etməyə hazırdır.

ABŞ və müttəfiqlərinin münasibəti

Blinken Birləşmiş Ştatların Ukraynaya dəstəyinin dəyişməyəcəyini təkar vurğulayıb və əlavə eidb ki, ABŞ vəziyyət dəyişməyə davam etdiyi bir vaxtda müttəfiqləri və tərəfdaşları ilə yaxın koordinasiyada olacaq.

Britanira rəsmiləri şənbə günü Rusiyada vəziyyəti yaxından izlədiklərini bildirib.

XS
SM
MD
LG