Accessibility links

Britaniya Şahzadəsi Endryu hərbi mənsubiyyətindən və kral himayəsindən imtina edib


Britaniya Şahzadəsi Endryu hərbi mənsubiyyətindən və kral himayəsindən imtina edib
please wait

No media source currently available

0:00 0:00:49 0:00

Verified Yanvarın 13-də Bukingem Sarayından verilən məlumata görə, Britaniya Şahzadəsi Endryu hərbi mənsubiyyətindən və kral himayəsindən imtina edib. Bu addım Şahzadə Endryunun vəkillərinin ABŞ hakimini ona qarşı cinsi istismarda ittiham edən mülki iddianı rədd etməyə inandıra bilməməsindən sonra atılıb. Bukingem Sarayının bəyanatında deyilir: "Kraliçanın razılığı ilə York Hersoqunun hərbi mənsubiyyətləri və kral himayələri Kraliçaya qaytarıldı". "York hersoqu heç bir ictimai vəzifə götürməməyə davam edəcək və bu işdə özünü vətəndaş kimi müdafiə edəcək." Kraliyyət mənbəsi bildirib ki, Endryu bundan sonra heç bir rəsmi vəzifədə "Kral Əlahəzrəti" titulundan istifadə etməyəcək və onun digər rolları kral ailəsinin digər üzvləri arasında bölüşdürüləcək. Bu rollar Şahzadə Endryuya qayıtmayacaq. Şahzadə Endryu Böyük Britaniyanın ticarət elçisi olduğu müddətdə və ondan sonra Azərbaycana tez-tez səfər edib və Prezident İlham Əliyevlə dəfələrlə görüşüb.

XS
SM
MD
LG