Accessibility links

Amerikanın əfsanəvi müğənnisi Prinsin vəfatı dünya boyu pərəstişkarlarını kədərləndirib [Video]


Amerikanın əfsanəvi müğənnisi Prinsin vəfatı dünya boyu pərəstişkarlarını kədərləndirib
please wait

No media source currently available

0:00 0:02:01 0:00

Amerikanın əfsanəvi müğənnisi Prinsin 57 yaşında vəfatı onun dünya boyu pərəstişkarlarını şoka salıb. Müğənni, bəstəkar və multi-instrumentalist Prins Rocers Nelson cümə axşamı Minneapolis yaxınlığındakı evində ölü tapılıb.

Prinsin 1984-cü ildə işıq üzü görən “Purple Rain” – “Bənövşəyi Yağış” albomu Prinsin ən çox sevilən albomlarından oldu. Dünyada bu albomun 20 milyon nüsxəsi satıldı və bu günədək populyar olaraq qaldı. Alboma onun xeyriyyə konsertlərində oxuduğu mahnılar da daxil idi. Prins cazibədar görünüşü ilə yanaşı rəhmli ürəyə malik idi. “Son dəfə mən burada olanda bir çoxları məni yaxından görə bilməmişdi. Indi biz elə etməyə çalışırıq ki, məni hamı görə bilsin. Ona görə burada daha uzun müddətə qalırıq” deyə, Prins bildirir.

Birləşmiş Ştatların insan haqları müdafiəçisi Al Şarpton Prinsin yalnız gözəl musiqiçi deyil, həm də insanpərvər olduğunu deyir. O deyir ki, Prins adının çəkilməsini istəmədən böyük xeyriyyə işləri görüb, imkansız ailələrin uşaqlarının təhsil pullarını ödəyib və imkansızlara yardım edib. “Mənim fikrimcə irqindən və mənşəyindən asılı olmayaraq, Prinsin gözlənilməz ölümü çoxlarını kədərləndirdi. O, sözün əsl mənasındada kral idi.”

Müğənninin ölüm xəbərini eşidənlər cümə axşamı prinsin Minneapolis yaxınlığındakı evinin qarşısına toplaşdı. Bütün ölkə boyu anım mərasimləri keçirildi, şamlar yandırıldı. Onun musiqisi Hollivud ulduzlarında da böyük təəssurat buraxıb. Amerikanınməşhur müğənnisi Kuin Stefani: “O mənim bütün həyatım demək idi. O mənim həyatıma gözəllik gətirmişdi və mən çox xoşbəxtəm ki, belə bir gözəlliklə yaşamışam. Mən onu sevirəm!”

Adi insanlar isə bunları deyir: “Sənətə sədaqətinə görə, məqsədinə və bu məqsəd dalınca getdiyinə görə sənə təşəkkür edirik.”

Prins 7 dəfə Grammy mükafatına layiq görülüb. Dünya şəhrətli müğənni və bəstəkar 2004-cü ildə Məşhurların Rock and Roll Hall-unda yer alıb. Onun yaddaqalan çıxışlarından biri də 2007-ci ildə Super Bol oyunları zamanı olub.

XS
SM
MD
LG