Accessibility links

Onurğa sütunu - 3D Printerdə [Video]


Onurğa sütunu - 3D Printerdə
please wait

No media source currently available

0:00 0:02:14 0:00

“Evinq sarkoma” sümük xərçəngidir ki, bu, çox vaxt uşaqlarda və yeniyetmələrdə müşahidə olunur və şiddətli ağrılarla müşayiət olunur. Xəstəlik deformasiya və hətta ölümlə nəticələnə bilir. 12 yaşlı Qin ikinci fəqərə sümüyü xərçəngdən o qədər zərər görmüşdü ki, həkimlər onu çıxarmağa məcbur oldular.

Ancaq sümüyü titanium dəmirlə əvəz etməkdənsə cərrahlar xüsusi printer vasitəsi ilə çap edilmiş replikanı yerləşdiriblər.

Printer Plastika yerinə bioəvəzləyici titanium tozundan istifadə edir.

Əməliyyata başçılıq edən Pekin Universitetinin ortopediya şöbəsinin rəhbəri Doktor Liu Jonqyun 3D çapın süni implantasiya üçün yaxşı fürsət olduğunu deyir.

Liu Jonqyun: Biz xəstənin CT rentgen kimi ikonoqrafik məlumatlarını 3D çapa uyğun məlumata çevirərək daxili fiksasiyanı düzəldirik. Bu, xəstənin sümük qruluşunun tam eynisidir.

Süni onurğa sütununun bal pətəyinə oxşar qruluşu var. Bu yeni sümük parçalarının içində böyüməsinə şərait yaradır və cərrahi boltla bağlanmasına ehtiyac olmur.

Qinin anası Şu Minqlin deyir ki, o, ilk başda bu üsuldan narahat idi.

Şu Minqlin: Əvvəldə mən bir balaca sarsılmışdım. Ancaq sonda mən 3D çapın dünyada səhiyyə sahəsində istifadə edildiyini və bunun sağlam olduğunu düşündüm.

Əməliyyatdan bir ay sonra Qin rahat ayağa qalxıb və addımlaya bilib. Həkimlər deyir ki, nəticə yaxşıdır və o, tezliklə sağalacaq. Buna baxmayaraq, onun xərçəng hüceyrələrindən tam xilas olması üçün əlavə kimyaterapiyaya ehtiyacı olacaq.

XS
SM
MD
LG