Fələstin tərəfdarı nümayişçilər ölkənin iki ən böyük hava limanı - Los-Ancelesin Beynəlxalq Aeroportu və Nyu-Yorkun Kennedi Beynəlxalq Aeroportu ərazisində nəqliyyatın hərəkətini dayandırıb.
ABŞ-ın bir-birinə əks sahillərində keçirilən etiraz aksiyaları onlarla insanın həbsi ilə nəticələnib.
Şəhər polis idarəsi nümayişçilərin zorakılığa başladığı Los-Anceles hava limanında 36 nəfərin nəzarətə götürüldüyünü bildirib.
"Etirazçılar bir polis məmurunu yerə yıxıb. [Hava limanına gedən yolu] bağlamaq üçün tikinti materialları tullantılarından, yol nişanlarından, ağac budaqlarından və beton bloklardan istifadə edərək, avtomobillərdə olan insanlara hücum edib" - deyə, polisin açıqlamasında bildirilib.
Ölkənin digər tərəfində, Nyu-York ştatı Polis Departamentinin Liman İdarəsi Kuinsdəki Kennedi Beynəlxalq Aeroportu (JFK) yaxınlığındakı Van-Vik şossesində keçirilən etiraz aksiyası zamanı asayişi pozan və nəqliyyatın hərəkətinə mane olan 26 nəfərin həbs edildiyini bildirib.
Forum