Accessibility links

ABŞ universitetlərində fələstinlilərə dəstək aksiyaları davam edir


Kolumbiya Universitetinin önü. 26 aprel, 2024.
Kolumbiya Universitetinin önü. 26 aprel, 2024.

Birləşmiş Ştatlar boyu ABŞ-ın Qəzzada HƏMAS-a qarşı müharibəsində İsrailə dəstək verməsinə qarşı nümayişlər davam etdiyi bir vaxtda, cümə axşamı gec saatlarda Ohayo Ştat Univeristeti və Atlantada yerləşən Emori Universitetində polislə fələstinliləri dəstəkləyən etirazçılar arasında toqquşma baş verib.

Ölkənin şərq sahilindəBostondan tutmuş Atlantaya, qərbində isə Texasdan tutmuş Los Ancelesə qədər bir çox universitet kampusunda nümayişlər keçirilib. Kampus və yerli hüquq-mühafizə orqanları ilə etirazçılar arasında şiddətli toqquşmalar getdikcə daha çox böyüyür.

Atlanta mediası cümə axşamı Emori Universitetində etirazçıların dağılışmaqdan imtina etməsindən sonra 28 nəfərin saxlanıldığını bildirir. Bundan əalvə polisin nümayişçiləri dağıtmaq üçün tazer və gözyaşardıcı qazdan istifadə etdiyinə dair məlumatlar da var. Etirazçıların cümə günü kampusa geri gəldikləri bildirilir.

Ohayo ştatının Kolumbus şəhərində yerləşən Ohayo Ştat Universitetində polisin bir neçə saat davam edən etirazı dağıtmasından sonra ən azı 12 nəfərin saxlanıldığına dair məlumat yayılıb.

Universitetlərdə nümayişlərdə iştirak edənlərin çoxu onların İsrailin akademik institutları ilə əlaqələri kəsmələrini və məktəb vəsaitlərini İsraillə əlaqəli qurumlardan geri çəkmələrini tələb edir. Bir neçə kampusda çadır düşərgələri qurulub ki, bəzi hallarda etirazçılar günlərlə və həftələrlə orada çadırlarda qalıb.

Etiraz hərəkatının episentri adlanan, Nyu Yorkda yerləşən Kolumbiya Universitetinin prezidenti Minuş Şafik tələbələrin kampusda saldıqları düşərgəni tərk etmələri üçün cümə axşamı gecə yarısına təyin etdiyi son möhlət tarixini geri çəkib. O, açıqlamasında bildirib ki, tələbələrlə danışıqlar davam edir.

Şafik cümə günü onun bir neçə qərarı, o cümlədən ötən həftə kampusda tələbələri həbs etmək üçün Nyu York Polis İdarəsinin zabitlərini çağırması ilə bağlı narazılığı ifadə edən qətnamə ilə əlaqədar Kolumbiya universitetinin senatında səsvermə ilə üzləşir. O, açıqlamasında bunu etdiyini inkar edib.

Los Ancelesdə Cənubi Kaliforniya Universitetinin rəsmiləri kampusda 100-ə yaxın insanın saxlanılmasının ardınca bu həftə “yeni təhlükəsizlik tədbirlərini” səbəb göstərərək, gələn həftə universitetin əsas məzuniyyət mərasimini ləğv etdiklərini bildirib. Bundan öncə onlar universiteti birinciliklə bitirən müsəlman tələbənin çıxışını ləğv etmək qərarına gəlib ki, həmin tələbə insan hüquqları ilə bağlı fikirlərinə görə fələstinlilər əleyhinə nifrət vasitəsilə susdurulduğunu deyib.

Eynilə Kolumbiya və başqa universitetlərdə yəhudi tələbələr fələstinlilər tərəfdarlı etirazıların çoxunun anti-semitik hal alması və yəhudi tələbələrə qarşı zorakılıq təhdidlərinin olması ilə bağlı şikayət ediblər.

ABŞ rəsmiləri ölkə boyu baş verən etirazlara münasibət bildirib. Çərşənbə günü Nümayəndələr Palatasının Respublikaçı spikeri Mayk Conson Kolumbiya Universitetinin kampusuna gedərək, Prezident Şafikin istefasına çağırıb. O deyib ki, universitetin əziz ənənələri “hazırda radikal və ifrat ideologiyalar tərəfindən ələ keçirilir.”

ABŞ Dövlət katibi Antoni Blinkenə cümə günü Pekində keçirilən mətbuat konfransında etirazlarla bağlı sual ünvanlanıb. Blinken nümayişləri “demokratiyamızın özəl xüsusiyyəti” adlandırıb və deyib ki, onlar ölkənin gücünü göstərir. Ancaq o qeyd edib ki, etirazçılar Qəzza bphranında HƏMAS-ın rolunu vurğulamaqda aciz qalıblar

Forum

XS
SM
MD
LG