Accessibility links

ABŞ-da abort hüquqları tərəfdarları etiraz aksiyaları keçirirlər


ABŞ Nümayəndələr Palatasının üzvü Aleksandria Okasi-Kortez abort hüquqları tərəfdarlarının önündə çıxış edir. Vaşinqton. 24 iyun, 2022.
ABŞ Nümayəndələr Palatasının üzvü Aleksandria Okasi-Kortez abort hüquqları tərəfdarlarının önündə çıxış edir. Vaşinqton. 24 iyun, 2022.

Birləşmiş Ştatların bir çox şəhərlərində etirazçılar Ali Məhkəmənin 50 ildir mövcud olan konstitusion abort hüququnu ləğv etmək qərarına qarşı nümayişlər keçirirlər.

Məhkəmənin qərarı 1973-cü ildə qadınları hamiləyin ilkin mərhələsində abort hüququ ilə ətmin edən Roe v. Wave qərarını ləğv edərək, aborta icazə verib-verməməyi ştatların öhdəsinə buraxır.

Etirazçılar Nyu York, Atlanta, Deyroyt və Los Anceles daxil olmaqla bir çox şəhərdə nümayişlər keçiriblər.

Los Ancelesdə Ali Məhkəmənin qərarına etiraz. 24 iyun, 2022.
Los Ancelesdə Ali Məhkəmənin qərarına etiraz. 24 iyun, 2022.

Cümə günü Ayova ştatının Sedar Rapids şəhərində etiraz zamanı bir nəfəri yük maşını vurub. Polis zərəçəkənin xəsarətlərinin yüngül olduğunu bildirib.

Nyu Yorkda yüzlərlə etirazçı “Roe-nu ləğv etmək olmaz” və “Abort hüquqları üçün ayağa qalxın” kimi şüarlar səsləndiriblər.

Vaşinqtonda isə abort hüquqlarının həm tərəfdarları həm də əleyhdarları cümə günü qərarın açıqlanmasından sonra Ali Məhkəmə binasının önündə toplaşıb.

Həftə sonu onların sayının artacağı gözlənilir.

Bir qrup Demokrat qanunverici ABŞ Konqresinin binasının önündə abort hüquqları nünamişyiçiləri qarşısında çıxış edib. Mütərəqqi ABŞ nümayəndəsi Aleksandria Okasio-Kortez insanları “küçələrə” çıxmağa çağırıb.

Abort hüquqlarının əleyhdarları cümə günü məhkəmənin qərarını musiqi, rəqs və “Əlvida, Roe” şüarı ilə qeyd ediblər.

Vaşinqtonun meri muriel Bouser deyib ki, şəhərin polis idarəsinin rəisi “insanların Birinci Düzəlişdəki [nümayiş etmək] hüququndan təhlükəsiz şəkildə istifadə etmələrini təmin etmək” üçün federal rəsmilərlə işləyir.

Bu arada isə Vaşinqtonun yerli polis idarəsi cümə günü qüvvələrinin tamamilə aktiv vəziyyətə gətirildiyini bildirib.

ABŞ Prezidenti Co Bayden Ali Məhkəmənin Roe v. Wade qərarını ləğv etməsinin ardınca Ağ Evdə çıxış edir. Vaşinqton. 24 iyun, 2022.
ABŞ Prezidenti Co Bayden Ali Məhkəmənin Roe v. Wade qərarını ləğv etməsinin ardınca Ağ Evdə çıxış edir. Vaşinqton. 24 iyun, 2022.

ABŞ Prezidenti Co Bayden cümə günü amerikalıları Ali Məhkəmənin qərarına dinc etiraz etməyə çağırıb.

O deyib ki, bir çox amerikalının “məyus və ümidsiz” olduğunu bilsə də, zorakılığa əl atılmamalıdır.

“Zorakılıq heç vaxt qəbuledilməzdir. Təhdidlər və hədə-qorxular nitq deyil. Biz əsaslandırmanızdan asılı olmayaraq, zorakılığın hər formasına qarşı çıxmalıyıq,” o deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG