Accessibility links

Abxaziyada Rusiya Federasiyası ilə investisiya sazişinə etiraz edənlər parlament binasına basqın ediblər


GEORGIA-ABKHAZIA/PARLIAMENT
GEORGIA-ABKHAZIA/PARLIAMENT

“Exo Kavkaza” xəbər verir ki, tanınmamış Abxaziyada Rusiya ilə investisiya sazişinə etiraz edənlər parlamentin yaxınlığındakı hasarı sökərək onun ərazisinə daxil olublar.

Axşama doğru “Respublika” nəşri bildirib ki, etirazçılar həmçinin prezident administrasiyasının yerləşdiyi binaya basqın ediblər, pəncərələrdəki barmaqlıqlar sındırılıb.

Hücumdan əvvəl etirazçılar hasarın bir hissəsini sökərək parlament ərazisinə daxil olduqdan sonra etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar başlayıb. Nümayişçilər polis əməkdaşlarına yumurta və butulka atıblar.

Təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə etdiyi, həmçinin onlara tüstü bombaları atdığı bildirilib. RİA Novosti qeyd edib ki, “atəş səslərinə bənzər səslər” eşidilib.

Apsnypress xəbər agentliyi Abxaziyanın Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, 8 nəfər xəstəxanaya çatdırılıb, onlardan 7-si ambulator müalicəyə buraxılıb. Zərərçəkmişlərdən biri həkim nəzarətindədir.

Eyni gün deputatlar Suxumi ilə Moskva arasında investisiya sazişi layihəsinə baxmalı idilər, lakin parlament gündəliyi təsdiq etməyib və sessiya ləğv edilib.

Binaya hücumdan sonra məlum olub ki, hakimiyyət “respublikadakı vəziyyəti sabitləşdirmək üçün” Rusiya ilə investisiya müqaviləsini ləğv etmək məqsədilə sənəd hazırlayır.

Yerli media ilkin olaraq mitinqdə təxminən 2500 nəfərin iştirak etdiyini yazıb. Daha sonra “Respublika” bildirib ki, etirazçıların sayı artmaqdadır, çünki “narahat vətəndaşlar Abxaziyanın bütün bölgələrindən gəlməkdə və Aslan Bjaniyanın siyasətinə qarşı çıxmaqda davam edirlər”. Söhbət tanınmamış respublikanın prezidentindən gedir. Onun binanı tərk etdiyi barədə messencerlərdə məlumat yayılıb.

Hələ parlament başlamazdan əvvəl müxalifət liderlərindən biri Adqur Ardzinba hakimiyyətə müraciət edərək “xalqı parçalayan və ictimaiyyəti həyəcanlandıran bütün aktual məsələləri qarşıdan gələn prezident seçkilərinə qədər təxirə salmağa” çağırıb. Daha sonra o, spiker və parlament üzvlərini Rusiya Federasiyası ilə investisiya sazişinin ratifikasiyasının əleyhinə səs vermək üçün iclas keçirməyə çağırıb. Hakimiyyət layihəni yerli iqtisadiyyata təkan kimi qiymətləndirir, onun əleyhdarları isə sazişi Abxaziyanın “maraqlarının birbaşa təslim olması” hesab edirlər.

Söhbət Rusiya şirkətlərinin tanınmamış respublika ərazisində investisiya layihələrini həyata keçirə biləcəyi sazişdən gedir. Tərəflər onu 2024-cü il oktyabrın sonunda imzalayıblar. Qüvvəyə minməsi üçün sənəd ratifikasiya edilməlidir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG