Pakistanda hərbi hökumətin sabiq başçısı Pərviz Müşərrəf vətənə dönəcəyi təqdirdə həbs edilə biləcəyinə görə qayıtmaq planını təxirə sala bilər. Bu ayın əvvəlində cənab Müşərrəf yanvarın 27-i və 30-da keçiriləcək ümummilli seçkilərdə iştirak etmək üçün vətənə dönməyi planlaşdırdığını bildirmişdi.
"Pakistan Müsəlmanları Ligası"na başçılıq edən Pərviz Müşərrəf Paksitana qayıdaraq partiyasına vətəndə başçılıq etmək istədiyini deyib. Pakistan prokurorları 2007-ci ildə sabiq baş nazir Benəzir Bhuttonun qətlində əli olmaqda günahlandırılan Müşərrəfin vətənə qayıtdığı təqdirtə həbs ediləcəyini deyirlər.
Cənab Müşərrəf məhkəmə təqiblərinə görə 2008-ci ildə vətəni tərk edibş O, hal-hazırda London və Dubayda yaşayır.