Accessibility links

Rusiya prezidenti Vladimir Putin Krıma səfər edib


Rusiya prezidenti Vladimir Putin bazar ertəsi Krıma səfər edib. Səfərin məqsədi bu Qara dəniz yarımadasının Ukraynadan ilhaqının 5-ci ildönümününü qeyd edilməsi ilə bağlıdır.

Putin Krım yarımadasının ən böyük şəhəri Sevastopolda olub.

Rusiyanın dövlət baçısı səfəri çərçivəsində yeni elektrik stansyasının açılışında iştirak edib və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb.

Putin iki gün keçirilən referendumdan sonra Krımın Rusiya ərazisinə keçirilməsinə dair sazişi 2014-cü ilin mart yının 18-də imzalayıb.

Beynəlxalq ictimaiyyət referendumun nəticələrini tanımayıb.

Kiyev və Qərb bu addımı anneksiya adalandırıb. Bundan əlavə Rusiyaya qarşı sanksiyalar tətbiq edilməklə yanaşı, bu, Putinin vətənində populyarlığının artmasına səbəb olub.

Rusiyada martın 18-i rəsmən Krımın Rusiya ilə reyunifikasiyası günü elan edilib.

XS
SM
MD
LG