Accessibility links

Puerto-Riko ABŞ-ın 51-ci ştatı olmaq istəyir


Bazar günü ABŞ ərazisi olan Puerto Riko sakinləri qeyri-məcburi referendumda 51-ci ştat olmağın lehinə səs veriblər.

Ştat olmağın lehinə yarım milyon, müstəqilliyin lehinə 7 min 6 yüz, hazırkı statusun davam etdirilməsinin lehinə isə 6 min 7 yüz səs verilib. Seçici fəallığı 23 faiz olub.

Bu, ada seçicilərinin iştirak etdiyi beşinci qeyri-məcburi referendumdur. 2012-ci ildə ada ştat olmağı seçmişdi, amma Puerto-Rikonun ştatlıq tələblərinin əsas arbitri olar Konqres məsələni heç müzakirə etməyib.

Bir çoxları adada 10 illik iqtisadi tənəzzülün əsas səbəbini onun ərazi statusu ilə əlaqələndirir. Lakin opponentlər adanın mədəni ənənələrini itirə biləcəyindən narahatıdr. Onlar xəbərdarlıq edir ki, Puerto Riko milyonlarla dollar dəyərində federal vergi ödəməli olacağı üçün maddi baxımdan daha çox çətinlik çəkəcək.

Puerto Riko bayrağı
Puerto Riko bayrağı

Puerto Riko sakinləri ABŞ gəlir vergisindən azad olsalara da, sosial sığorta (Social Security), yaşlılar üçün tibbi sığorta (Medicaire) və yerli vergiləri ödəyirlər. Bundan əlavə əraziyə ABŞ ştatlarından daha az federal maliyyə ayrılır.

Bu referendum Birləşmiş Ştatların puerto-rikalılara vətəndaşlıq verməsinin 100-cü ildönümünə təsadüf edir. Onların vətəndaş olmalarına baxmayaraq, puerto-rikalıların prezident seçkilərində iştirak etməsi qadağandır və onların Konqresdə yalnız bir məhdud səsvermə səlahiyyətlərə malik nümayəndəsi var.

XS
SM
MD
LG