Keçən ilin sentyabr ayında ABŞ-ın Puerto Riko ərazisində Maria qasırğasının yaratdığı fəsadlar nəticəsində 3,000-ə yaxın insan həyatını itirib.
Müstəqil tədqiqatçılar tərəfindən yayılan hesabatda qeyd edilən ölüm sayı dekabr ayında Puerto Riko hokuməti tərəfindən bildirilən rəqəmdən xeyli çoxdur. Ərazinin rəsmilərinin yaydığı məlumata görə, qasırğasının fəsadları nəticəsində cəmi 64 nəfər vəfat edib.
Hesabatda deyilir ki, qasırğanın acınacaqlı fəsadları nəticəsində ölənlərin sayılmasında rəsmilər tərəfindən ciddi yanlışlıqlara yola verilib.
Qubernator Rikardo Rosello böhranın həll edilməsində nöqsanlara yola verdiyini və bu səbəbdən qasırğanın fəsadlarının aradan qaldırılması üçün atılan addımların araşdıracaq komissiya yaratdığını bildirib. Komissiya həm də, növbəti qasırğalara həssas olan insanların siyahısını da hazırlayacaq.
Qasırğadan təxminən bir il keçməsinə baxmayaraq, adanın elektrik təchizatı tam bərba edilməyib və tez-tez kəsintilər müşahidə edilir.