Accessibility links

Puerto Riko qubernatoru ada sakinlərini mütəşəkkil olmağa çağırıb


Puerto Riko qubernatoru Rikardo Rossello ABŞ federal hökümətinin senytabr ayında baş verən Maria qasırğasına reaksiyasını təndqid edib. Qasırğa nəticəsində Puerto Rikoda bir çox insanın evində elektrik və digər xidmətlər kəsilib və hələ bərpa olunmayıb.

Rossello cümə günü Mariadan sonra bir çox puerto rikolunun yerləşdiyi ABŞ-ın Florida ştatında siyasi yığınacaqda çıxış edib. O fürsətdən istifadə edətək Puerto Rikonun ayrı dövlət olmasını təbliğ edib və Puerto Riko sakinlərini səslərindən adanı dəstəkləmək üçün istifadə etməyə çağırıb.

“Yüz ildir ABŞ vətəndaşıyıq, amma hələ də bərabər hüquqlara sahib deyilik,” deyə Rossello bildirib və qeyd edib ki, Puerto Riko xalqı ABŞ vətəndaşları sayılsa da, Birləşmiş Ştatlarda yaşayan insanlarla eyni səsvermə hüquqlarına sahib deyillər.

O həmçinin deyib ki, Puerto Rikonun Florida və Texasdan fərqli olaraq beş ay boyundca elektrik və təmiz suyu bərpa etmək üçün ehtiyacı olduğu yardımı almaması onlar arasında qeyri-bərabərliyin olduğunu göstərir.

O, Floridaya köçən puerto rikoluları səsvermə hüquqlarından istifadə etməyə çağırıb və deyib ki, “beləcə Konqres bilsin ki, əgər onlar Puerto Riko əhalisinə arxalarını dönsələr, bunun nəticələri olacaq.”

Rossello prezident seçkilərindən sonra prezident Donald Trampı dəstəkləyirdi, lakin Maria qasırğasından sonra mövqeyi dəyişib.

O, bir neçə həftə öncə imzalanan ABŞ vergi qanunu tənqid edib. Qanun Puerto Riko şirkətləri üçün ABŞ şirkətləri ilə müqayisədə daha əlverişsiz vəziyyət yaradır, çünki qanuna əsasən, onlar ofşor şirkətlər olaraq qiymətləndirilir və bu səbəbdən də daha çox vergi ödəməlidirlər.

Rossello puerto rikoluları 2018-ci ildə keçiricələk ara seçkilərdə Puerto Rikonu dəstəkləməyən siyasətçilərin əleyhinə səs verməyə çağırıb. O

Qasırğadan bəri qonşu Florida ştatına qaçan puerto rikoluların sayı tam məlum olmasa da, Florida Universiteti onların sayının 50 min olduğunu təxmin edir.

Florida qubernatoru Rik Skot isə bu rəqəmin 300 min olduğunu ehtimal edir. Bu rəqəm Floridanın əsas hava limanları vasitəsilə ştata daxil olan insanlara əsaslanır.

Florida yardım vəd edir

Cümə günü Orlandoda keçirilən mətbuat konfransında iştirak edən Skot ştatın Maria qasırğasından Floridaya qaçan insanlara iş tampaq üçün 1 milyon dollar dəyərində yardım təklif edib. O deyib ki, sentyabr ayından bəri ştatın karyera xidmətləri 7600 puerto rikoluluya iş tapmağa yardım edib.

O həmçinin yerli icma liderlərini qaçqınlara ev tampağa yardım etməyə çağırdığını deyib.

Rossello həm də Trampın bu yaxınlarda Afrika və Haitidən gələn immiqrantlar haqqında işlətdiyi vulqar ifadələrə reaksiya verib. O deyib, “bunun prezident tərəfindən söylənməsi qeyri-realdır. Birləmiş Ştatlar dünyanın ən böyük millətidir, amma biz belə davranmamalıyıq.”

XS
SM
MD
LG