Accessibility links

Bənövşəyi çay [Video]


Bənövşəyi çay
please wait
Embed

No media source currently available

0:00 0:01:55 0:00

Keniya dünyada çay istehsal edən üçüncü ölkədir. Əsasən çay istehsal edən ölkələrdə qara çay yetişdirilir. Lakin Keniya yeni bənövşəyi çay istehsal etməyə başlayıb ki, bu çay bəzi keyfiyyətləti ilə sağlamlığa daha xeyirlidir.

Bu çay növünün nəyə görə Bənövşəyi adlandırıldığını anlamaq çətin deyil. Müxtəlif çay növləri ilə birlikdə bənövşəyi yarpaqlı çay Keniyada 2008-ci ildə yetişdirilib.

Nairobidən 3 saatlıq məsafədə yerləşən Kanqaita çay fabriki sağlamlığa xeyirli çayları ilə məşhurdur. Çay kollarının rəngi güclü antioksedant göstəricisidir.

Bəzilərinin dediyinə görə, fabrikdə istehsal edilən Bənövşəyi çay tərkibinə görə sağlamlığa yaşıl və qara çaydan da xeyirlidir. Keniya Çay Araşdırmaları İnstitutundan Lilian Kerio: “Bizim tədqiqatların nəticələri Bənövşəyi çayın həqiqətən də stress hüceyrələrinin sakitləşməsinə yardım etdiyini göstərib. Və biz insanları bu çayın xeyri ilə bağlı maarifəndirməliyik.”

Qara çay burada “göz yaşı” və “qıvraqlıq” prosesindən keçirilir. Lakin Bənövşəyi çayın yarpaqları burulmalıdır. Bu, milli ənənədən çayın dadının və rənginin itməməsi üçün istifadə edilir.

"Keniya Çay Hasilatı” təşkilatı Hindistan, Yaponiya və bir sıra Avropa dövlətləri də daxil edilməklə, dünyanın hər yerindən sifarişlər aldığını deyir. “Tələbat çox olduqca biz əkin sahələrini də böyüdəcəyik. Lakin hazırda insanlar bu çayın dadına alışmalıdır. Bu, adı bazara çıxarılacaq məhsul deyil, bu elitar bir məhsuldur” deyə, "Keniya Çay Hasilatı”ndan Lerionka Tiampati bildirir.

Keniyalıların Bənövşəyi çayı fabrikdən alma imkanları var. Bu çayı çox az sayda mağazada görmək olar. Çay dəmlədikdən sonra dadında az şirinlik hiss olunur. Bu çayın dadına baxanlar ləzzətindən doya bilmir.

XS
SM
MD
LG