Accessibility links

Pussy Riot qrupunun üzvləri Soçidə saxlandıqdan sonra azad edilib


Mariya Alyoxina və Nadejda Tolokonnikova
Mariya Alyoxina və Nadejda Tolokonnikova
Rusiyanın siyasi etirazla çıxış edən Pussy Riot qrupunun üzvləri Mariya Alyoxina və Nadejda Tolokonnikova Qış Olimpiya Oyunlarının keçirildiyi Soçi şəhərində pois tərəfindən saxlandıqdan sonra azad ediliblər.

Nadejda Tolokonnikova və Maşa Alyoxina mehmanxanada oğurluq hadisəsi ilə bağlı sorğu-sual edildikdən sonra azadlığa buraxılıblar. Rəsmilər onlara qarşı heç bir ittiham irəli sürməyib.

Rusiya hökumətinin kəskin tənqidçiləri olan Nadejda Tolokonnikova və Maşa Alyoxina ilə həbs edilmiş daha altı şəxs onlarla bərabər azad edilib.

Bu gün əvvəl Nadejda Tolokonnikova Tvitterdə Alyoxina ilə bərabər saxlandığı haqda məlumat vermişdi. Tolokonnikova onların küçə ilə yeridiyini və heç bir aksiyada iştirak etmədiklərini deyib.

Pussy Riot qrupunun iki üzvü Moskvanın İsa Məsih kilsəsində prezident Vladimir Putin hökuməti əleyhinə etiraz nəğməsi ifa ediklərinə görə xuliqanlıq ittihamları ilə iki illik həbsdən bu yaxınlarda azad ediliblər. Onlar dekabr ayında əvf edildikdən sonra Avropa və Birləşmiş Ştatlara səfər ediblər.

Azad edildikdən sonra Tolokonnikova və Alyoxina Putin hökumətinə qar.ə təndiqi çıxışlarını davam etdirir.
XS
SM
MD
LG